Rusiya Azərbaycanda hərbi çevriliş etmək istəyir
“Rusiyanın Azərbaycanda hərbi çevriliş hazırlamaq fikri var, amma
onun bu gün nə dərəcədə real olduğuna şəhadət verə bilmərəm”.
Bu sözləri axar.az-a politoloq Qabil
Hüseynli Rusiyanın Azərbaycanda hərbi çevriliş hazırlamaq niyyəti ilə bağlı
məsələni şərh edərkən deyib.
O, hərbi çevrilişin baş tutacağına qətiyyən inanmadığını bildirib:
“Çünki Rusiyanın buna imkanı çatmaz. Yaxın iki-üç ay ərzində biz sabitliyi
qorumağa çalışmalıyıq. Bununla bərabər isə Qərbin Rusiyaya təzyiqlərinin
nəticəsini gözləməliyik. Bu sanksiyalar Rusiyanı da, Ermənistanı da tamam
çökdürəcək. Bundan sonra isə Bakı üçün daha rahat nəfəs almaq mümkün olacaq”.
Qeyd edək ki, dünən NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov
saytımıza açıqlamasında Rusiyanın Azərbaycana qarşı hərbi çevriliş
planlaşdırdığını söyləmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=10398