KXCP-yə Milli Şuraya yer verməmək xəbərdarlığı edilib
Milli
Şuranın sessiyasının keçirilməsi ilə bağlı yer problemi hələ də gündəmdədir. Cəmiyyətdə
də getdikcə belə fikirlər hakim kəsilir ki, dərd yer dərdi deyil, başqa əmmalar
var. Xüsusilə Milli Şuranın üzvü olan KXCP-nin qərargahı ilə bağlı müəmmalar güclənir. Bu suallarla bağlı Milli Şuranın koordinasiya mərkəzinin üzvü, tanınmış hüquqşünas
Namizəd Səfərov moderator.az-a maraqlı açıqlama verib.
N.Səfərov sesiyanın keçirilməsi ilə bağlı yer probleminin olduğunu təsdiqləyib: “Bu gün MŞ-nın yığışa biləcəyi yeganə məkan Leyla
Yunusun daxmasıdır. Biz o uçuq-sökük ,istidən dayanmaq mümkün olmayan mənzildə
bir neçə dəfə toplaşdığımızdan və
Leyla xanıma bunu qadağan edə
bilmədiklərindən onu həbs etdilər.”
Namizəd bəy KXCP-nin qərargahından istifadə edilməsinə də münasibət bildirib: “Yəqin ki,unutmamısınız, mənzilini AXCP-yə
icarəyə verildiyi və Milli Şuranın da
sessiyalarının keçirildiyi vətəndaş Azər Əsgərovun mülkünü
partlatdılar,ürəkləri soyumadı, söküb yerlə yeksan etdilər. Ölkənin
ən böyük və nüfuzlu partiyası olan AXCP 10 ilə yaxındır ki,qərargah üzünə
həsrət qoyulub. Hakimiyyət demək olar ki, siyasi fəaliyyəti Vətənə xəyanət kimi
qiymətləndirir. Leyla Yunusa qarşı irəli sürülən qondarma və əndrabadi
ittihamlar və onun həbs olunması dediklərimin bariz nümunəsi və təsdiqidir.
KXCP-nin qərargahına gəldikdə isə hiss olunur ki, onlara da bu barədə
xəbərdarlıq olunub…”
Short URL: http://www.cumhuriyyet.net/?p=10461