Azərbaycan ordusunun hücum xəbər yayıldı

05.08.2014 - 15:28

Azərbaycan ordusu Fizuli və Ağdam rayonları istiqamətində bir xeyli irəliləyib
 
Musavat.com-un cəbhə bölgəsi və Müdafiə Nazirliyindəki mötəbər
qaynaqlardan əldə etdiyi məlumatlarda iddia olunur ki, Silahlı
Qüvvələrimiz bir sıra mövqelər üzrə irəliləyiblər. Qaynağımızdan biri
Silahlı Qüvvələrin 4-5 avqust gecəsində həyata keçirdiyi əməliyyatı
obrazlı olaraq, belə ifadə edib: “Qəfil hərəkət, sıfır itki, mövqe irəliləməsi”..
Musavat.com bildirir ki, bu qəbildən olan məlumatda daha böyük
iddialar var; lakin onları dəqiqləşdirmək  imkanına sahib deyilik. O
səbəbdən də yayınlamırıq. Hazırda Müdafiə Nazirliyi xətti ilə sərhəd
döyüş nöqtəsində olan Azərbaycan jurnalistləri də bu barədə net hələlik
heç bir açıqlama vermirlər. Onlardan biri isə özünün Facebook
səhifəsində bunları yazıb: “Yovşan etri, Qarabağ havası, torpağımla, bayrağımla, əsgərimlə bir arada… Qürur duydum! Her şey əla olacaq!”
Hər şey əla olmadan bir an öncə onun xəbərini vermək missiyası
daşıyan musavat.com bildirir ki, cəbhə xəttindəki gəlişmələrdən əlavə
bilgilər veriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=10579

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31