"Rusiya bizi qanlı müharibə ilə hədələyir"
“Rusiyanın əsas məqsədi Azərbaycanı istənilən yolla Gömrük İttifaqına sürükləməkdir”.
O, Rusiyanın irəli sürdüyü şərtlərin hər birinin cəfəng olduğunu bildirib:
“Burada başqa bir şey yoxdur. Nəzər yetirin, Rusiya Ermənistana, Moskvanın başqa müttəfiqi Qazaxıstan isə Azərbaycana zamin duracaq. Azərbaycanın qarantı gərək Rusiyaya bərabər nüvə dövləti olan Amerika olsun. Mən hesab edirəm ki, onlar artıq başlarını itiriblər. Deyə bilmərəm ki, İlham Əliyev Soçiyə gedəcək. Amma belə şərtlər altında olsa, getməyə də bilər. Getməyəndə də, burada başqa məsələlər yaranır. Atəşkəsin pozulması Rusiyanın təxribatıdır. Onların etdikləri hədədir. Yəni bizim dediyimizlə razılaşmayacaqsınızsa sizi qanlı müharibə gözləyir. İndi görək bizim prezident buna qarşı necə addım atacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10685