"Azərbaycan SSRİ prinsiplərilə idarə olunur"

08.08.2014 - 21:34

Əlövsət Əliyev: “Hakimiyyət ona “baş əyməyənləri” agent kimi qələmə verib həbs etdirir”

“Azərbaycanda əhalinin böyük bir hissəsi dissident həyatı yaşayır.
Onların arasında hüquq müdafiə təşkilatlarının təmsilçiləri daha çoxdur.
Hüquq müdafiə təşkilatlarının özündə ciddi problemləri əks etdirən
mükəmməl məlumat bazalarına malik olmaları, aktivistlərin müdafiəsini
təşkil etmələri, qanun pozuntuları haqqında beynəlxalq təşkilatları
məlumatlandırmaları, alternativ hesabatlar hazırlamaları ilə hakimiyyəti
bu vaxta kimi çox ciddi narahat edirdi”.
Bu sətirlər Azərbaycan
Miqrasiya Mərkəzinin rəhbəri, vətəndaş cəmiyyəti fəallarından biri
Əlövsət Əliyevin ölkədə baş alıb gedən son həbslərə münasibətindəndir.
Ə.Əliyev mövqeyini özünün Facebook səhifəsində paylaşıb. O, yazır:
“İndi
Azərbaycanda alternativ fikir sahibləri olan vətəndaş cəmiyyəti
təmsilçiləri “vətən xaini”, “antimilli ünsür”, “casus” adlandırılaraq
həbs olunmaqdadırlar. Bu, SSRİ zamanını xatırladır və vətəndaş
cəmiyyətinə münasibət baxımından bu gün Azərbaycan SSRİ-nin
prinsiplərinə uyğun idarə olunan yeganə ölkədir. SSRİ vaxtında qərbdə
nəşr olunan yazılarına görə qonarar alanları casusluqda ittiham edir və
həbs edirdilər. İndi də Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun
olaraq xarici donorlardan maliyyə alanlar davamlı olaraq həbs
olunmaqdadır. SSRİ vaxtında dissidentlər işdən cıxarılmaqla, təhsil
müəssisələrindən qovulmaqla, həbs edilməklə, ruhi əsəb xəstəlikləri
dispanserinə məcburi yerləşdirilməklə, sürgünlə, SSRİ vətəndaşlıgından
məhrum edilməklə və ölkədən məcburi çıxarilmaqla cəzalandırılırdı. Bu
qayda indi Azərbaycanda daha kəskin formada davam edir. Və bu cəzaların
arasında olmayan vətəndaşlıqdan məhrum etməni də bu yaxınlarda qanuna
əlavə etdilər. Sadəcə, SSRİ dövründə dissidentlər haqqında məlumat əldə
etmək çox çətin idi və ya ümumiyyətlə mümkün deyildi, indi isə məlumatın
gizlədilməsi o qədər də asan deyil.
Hakimiyyət ondan asılı olmaq
istəməyən müstəqil QHT rəhbərlərini və ona “baş əyməyənləri” işləməyə
qoymur. SSRİ vaxtında olduğu kimi, həmin şəxsləri hansısa ölkənin agenti
kimi qələmə verməklə həbs etdirir, məcburi müalicə müəssisələrinə
göndərir, bu yolla da “islah” etməyə çalışır və əksər hallarda buna nail
olur. Əgər diqqət etsəniz, cəzacəkmə müəssisələrindən sonra siyasətçi,
jurnalist və QHT-çilərin əksəriyyəti özünü tam “islah” olunmuş kimi
aparır. Hakimiyyətin “islah” edə bilmədiyi şəxsləri azadlıq deyil,
Növruzəli Məmmədovun və ya Əli İnsanovun taleyi gözləyir.
Odur
ki, ya bu hakimiyyətin istədiyi kimi işləməlisən, ya həbs olunmalısan ya
da ölkəni tərk etməlisən. Bu gün QHT sektorunda obyektiv mövqe tutmaqla
işləmək mümkün deyil.
Hakimiyyət həbsləri bu gün üçün yox, bir
neçə il sonra üçün edir. Bir neçə il sonra Azərbaycan bütün dünyaya
nümayiş etdirəcək ki, Azərbaycanda hakimiyyətdən narazı olan vətəndaş
cəmiyyəti təmsilciləri, mətbuat orqanı və siyasi partiya mövcud deyil”.

azadliq.info

 0 3


Short URL: http://www.cumhuriyyet.net/?p=10726

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31