Repressiyalar hakimiyyətə nə vəd edir?

09.08.2014 - 16:21

Gültəkin Hacıbəyli: “Hakimiyyətin yürütdüyü siyasət regionda yaranan geosiyasi durumdan irəli gəlir”

Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə qarşı repressiv
siyasəti davam etməkdədir. Hüquq müdafiəçisi Anar Məmmədlinin həbsi ilə
başlayan sonuncu hücum dalğası Leyla və Arif Yunusların həbsi ilə davam
etdi. Bu istiqamətdə ən son yenilik isə daha bir tanınmış hüquq
müdafiəçisi Intiqam Əliyevin saxlanmasıdır. 

Açıq görünür ki, hakimiyyət onun real siyasətini, korrupsioner
mahiyyətini, saxta seçkilər keçirməsini beynəlxalq aləmdə ifşa edən
təşkilat rəhbərlərini bir-birinin ardınca aradan götürür. Əgər Anar
Məmmədli hakimiyyətin seçki saxtakarlıqlarını ifşa edirdisə, Leyla Yunus
və Intiqam Əliyev isə insan haqları ilə bağlı Azərbaycan hakimiyyəti
barəsində beynəlxalq rəydə düzgün imic formalaşdırılmasında böyük əmək
sərf edirlər. Maraqlıdır ki, Avropa Şurasındakı son toplantıdan sonra
Azərbaycan hakimiyyətinin demokratik düşərgəyə qarşı təzyiqləri daha da
artıb. Hakimiyyət beynəlxalq aləmin ondan tələb etdiklərinin əksinə
olaraq vətəndaş cəmiyyətinə qarşı repressiv addımlarını daha da
gücləndirməkdədir. Maraqlıdır ki, iqtidar bu siyasətində özünü tam
arxayın hesab edir. Bu arxayınçılıq nədən qaynaqlanır və yürüdülən
siyasətin hansı fəsadları ola bilər?

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli bildirdi ki, baş verənlər heç bir halda vətəndaş cəmiyyətinin
inkişafına xidmət etmir. Azərbaycandan demokratik islahatlar gözləntisi
olduğu bir müddətdə bu ümidləri alt-üst edən addımlar atıldığını deyən
G.Hacıbəyli bildirdi ki, son dövrlər demokratik düşərgəyə qarşı
aqressiya daha da yüksəlib: “Anar Məmmədlinin, Leyla və Arif Yunusun,
Intiqam Əliyev Azərbaycan vətəndaş cəmiyyətinin tanınmış şəxsləridir. Bu
həbslər nəinki Azərbaycan cəmiyyətində ciddi etiraz doğurur, beynəlxalq
aləmdə də sərt etirazla qarşılanıb. Nüfuzlu beynəlxalq təşkilatlar
artıq baş verənlərlə bağlı mövqelərini açıqlayıblar. Bu addımlar ölkənin
imicinə təsir vuran proseslərdir. Bütün bu proseslər Azərbaycanın
Avropa Şurasına sədrlik etdiyi dönəmdə baş verir”.

Hakimiyyətin yürütdüyü siyasətin regionda yaranan geosiyasi durumdan
irəli gəldiyini düşünən G.Hacıbəyli vurğuladı ki, Azərbaycan Qərblə
Rusiya arasında gedən qarşıdurmanın predmetinə çevrilməkdədir: “Qərbin
başının Ukraynaya qarşıdığı bir dönəmdə vətəndaş cəmiyyətinə qarşı bu
cür basqılar həyata keçirilir. Amma eyni zamanda o da nəzərə alınır ki,
Ukraynadan sonra Rusiya Qərb qarşıdurmasının əsas mərkəzi Cənubi Qafqaz
olacaq. Avropa Birliyi Cənubi Qafqazın hər üç ölkəsinin Avropa məkanının
bir hissəsi olmasında maraqlıdır. Ermənistan Avrasiya Ittifaqınını,
Gürcüstan Avropa Birliyini seçsə də Azərbaycan hələ də mövqeyini müəyyən
etməyib. Ona görə də Ukraynadakı savaşı uduzan Rusiya Azərbaycan
hakimiyyətinə ciddi basqılar edir. Cəbhədə baş verən son insident də bu
təzyiqin tərkib hissəsidir. Azərbaycan hər cür yol ilə Gömrük Ittifaqına
çəkilməyə çalışılır. Belə olan halda Qərblə fəal əməkdaşlıq edən
QHT-lərin susdurulması hakimiyyətin əsas hədəfidir”.

Hakimiyyətin bu siyasətinin hələ davam edəcəyinin  göründüyünü deyən
G.Hacıbəyli vurğuladı ki, AB-nın növbəti sammitinə qədər Rusiya
Azərbaycanı öz tərəfinə çəkməyə çalışacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=10767

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31