Polşadan Azərbaycandakı repressiyalara sərt etiraz

10.08.2014 - 18:55

“Hakimiyyəti Avropa Şurası, ATƏT və BMT qarşısında öhdəliklərə əməl etməyə çağırırıq”

Polşa hökuməti Azərbaycanda son repressiyalarla bağlı etiraz bəyanatı yayıb. Bəyanatda deyilir:

“Polşanın Xarici İşlər Nazirliyi Azərbaycanda vətəndaş cəmiyyəti
fəallarının siyasi motivli həbsi ilə əlaqədar narahatlığını ifadə edir.
Biz xüsusən hörmətli vəkil və hüquq müdafiəçisi İntiqam Əliyev, Leyla və
Arif Yunuslar, Həsən Hüseynli, Rəsul Cəfərov, jurnalist Rauf
Mirqədirov, eləcə də müxalifət partiyalarının çoxsaylı fəalları və
onların ailə üzvlərinə qarşı repressiyalardan təşvişə düşmüşük. Siyasi
motivli həbslər və saxlanmalar zamanı istifadə olunan əsassız ittihamlar
ciddi narahatlıq doğurur.

Öz vətəndaşlarına qarşı əsas hüquq və azadlıqların pozulması daha çox
qeyri-stabilliyə və sosial gərginliyə gətirib çıxarır. Bu, həmçinin,
Avropa ilə əməkdaşlıqda ciddi maneə yaradır. Biz Azərbaycan
hakimiyyətini vətəndaş cəmiyyəti fəallarına, müxalif siyasətçilərə və
onların ailə üzvlərinə qarşı repressiyalara son qoymağa, həmçinin,
Avropa Şurası, ATƏT və BMT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə
çağırırıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10797

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31