Lavrovdan açıqlama
“Azərbaycan və Ermənistan dialoqu davam etməyə hazırdır”
Əliyev və Serj Sarkisyan prezidentləri Dağlıq Qarabağ məsələsi üzrə
dialoqu davam etdirmək istəyini ifadə ediblər. Bunu Rusiya xarici işlər
naziri Sergey Lavrov bildirib.
Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü
keçirilib. Üç dövlət başçısı görüş ərəfəsində Soçidə keçirilən döyüş
sambosu üzrə beynəlxalq yarışlarına gəliblər.
“Görüş faydalı idi, yenidən prezidentlər öz sədaqətini prinsiplərə
təsdiq etdilər, hansılar ki, yüksək səviyyədə həmsədr öləkələr
tərəfindən, prezidentlərin səviyyəsində ifadə edilmişdir, və bu
prinsiplər ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etməyə
hüququna hörmət ekmərlə sülh yanaşması əsasında həlli axtarmaq
ehtiyacından ibarətdir”, – Lavrov dedi.
“Prezidentlər dialoqu Ermənistanın və Azərbaycanın rəhbərliyinin
səviyyəsində davam etməyə hazir olduqlarını ifadə etdilər və həmsədrlər
ölkələrdən biri kimi Rusiya Federasiyası buna hər cür imkan yaradacaq”, –
Rusiya xarici siyasət idarəsinin başçısı əlavə edib.
Lavrovun sözlərinə görə, prezidentlərin səviyyəsində danışıqların
gedişatı zamanı ATƏT-in və əlaqə qrupunun qərarlarının icrasına ehtiyac
müzakirə edilirdi.
“Prezidentlər tərəfindən xarici işlər nazirlərinə bu işi razılaşmaya
əsasən nizama salmanın praktik aspektlərinin uyğunlaşdırılması ilə
paralel olaraq davam etməyə tapşırıq verilib”, – Lavrov bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10800