"Foreign Policy": "Qarabağ münaqişəsi qızışır, Azərbaycan sərt danışır"

11.08.2014 - 14:44

Dağlıq Qarabağ münaqişəsi qızışır, Azərbaycan sərt danışır” – bunu Reyd  Standiş “Foreign Policy” məcmuəsində yazır.

“Dağlıq Qarabağ münaqişəsi qızışır, Azərbaycan sərt danışır” – bunu Reyd  Standiş “Foreign Policy” məcmuəsində yazır.

Müəllif yazır ki, Azərbaycan Ermənistan iqtisadiyyatını dağıtmaq üçün səssiscə silah yarışına başlayıb.

2004-cü ildən bəri Azərbaycan hərbi xərcləri 493 faiz artırıb və 2013-cü ildə 3 milyard 440 milyon dollara çatdırıb.

Ermənistan 2004-cü ildən bu yana  hərbi xərcləri 115 faiz artırıb və keçən il hərbə 427 milyon dollar xərcləyib.

Azərbaycan kimi təbii sərvəti olmayan Ermənistan müdafiə üçün üzünü
Rusiyaya tutdu. Rusiya isə əvəzində Ermənistanda böyük hərbi baza
istədi.

Müəllif yazır ki, ABŞ və Rusiya Dağlıq Qarabağda son gərginlikdən
sonra sakitliyə  çağırsalar da ABŞ-Rusiya münasibətləri hazırda son
illərdə ən aşağı səviyyədədir. Ona görə  yaxın gələcəkdə Qarabağ
probleminin həllində beynəlxalq aləmin əməkdaşlığı gözlənilmir.

Virtualaz.org saytının xəbərinə görə, Aleksander
Kolyandr isə “Wall Street Journal” qəzetindəki məqaləsində vurğulayır
ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ancaq Dağlıq Qarabağ və
ətrafındakı ərazilər erməni əsgərlərinin və etnik ermənilərin yerli
qoşunlarının nəzarətindədir. Azərbaycan, Ermənistan və Rusiya
prezidentlərinin Soçidəki görüşü barədə müəllif yazır ki, problemi həll
etmək üçün heç bir əməli addım elan olunmadı.

Putinin dedikləri bir qədər maraq doğurur ki, “məsələ hər 3 prezident
tərəfindən və sonradan bizm kolleqalarla müzakirə olunmalıdır”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da görüşdən sonra
bildirib ki, “münaqişənin həllinin praktiki tərəfləri hələ
razılaşdırılmayıb”.

“Moscow Times” qəzetində Aleksey Drujinin yazır ki, Soçidəki
üçtərəfli görüşün Ukrayna böhranına görə Rusiyanın imicinin pisləşdiyi
vaxta düşməsi təsadüfi deyil. Putin belə bir görüş keçirməklə Rusiyanın
gərginliyi azaltmağa və böhranı həll etməyə qadir olduğunu göstərmək
istəyir.

Moskvadakı Siyasi Texnologiyalar Mərkəzinin direktor müavini Aleksey
Markin deyir ki, Ukrayna böhranı olmadan da Rusiya Dağlıq Qarabağda əsas
oyunçulardan biridir. A.Markinin fikrincə, Putin doğrudan da böhranı
həll etməyə cəhd edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10827

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31