İntiqam Əliyev "vicdan məhbusu" elan olundu
“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı həbsdə
olan hüquq müdafiəçisi İntiqam Əliyevi “vicdan məhbusu” elan edib.
Bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, İntiqam Əliyevin barəsində seçilmiş qərar saxta ittihamlara əsaslanır:
“”Amnesty
International” hesab edir ki, bu həbs birmənalı şəkildə İntiqam
Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə
əlaqədardır. “Amnesty International” onu vicdan məhbusu hesab edir”.
Məlumata İntiqam Əliyevin həbsinin detalları da əlavə olunub.
Hüquq
müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz
sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham
olunur.
Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10842