Azərbaycandakı repressiya Qərbi hərəkətə gətirdi

14.08.2014 - 12:37

ABŞ və Avropa Birliyi məsləhətləşmələrə başladı; vəziyyəti dəyişməyin yolları axtarılır

Vaşqinton Azərbaycanda vətəndaş cəmiyyətinin boğulması ilə bağlı
indiki kampaniya ilə bağlı Avropa Birliyindəki tərəfdaşları ilə
məsləhətləşmələr aparır. 
Vaşinqtondakı diplomatik mənbələrdən
“Turan”ın müxbirinə məlum olub ki, amerikalı və avropalı diplomatlar beş
verənləri ciddi izləyirlər.

ABŞ-da siyasətçilər və diplomatlar İlham Əliyev hökumətinin vətəndaş
cəmiyyətinə təzyiqlərindən, tənqidçi səsləri kəsmək istəyindən
narahatlıq ifadə ediblər. Bunu son illərdə insan haqlarına ən ciddi
təzyiq kimi qiymətləndiriblər.

“Hökumət xarici donorlardan qrant alan hər kəsə qarşı “ov”a çıxıb.
Bu, Qərb Azərbaycanda keçənilki prezident seçkilərini tənqidə məruz
qoyandan sonra başlayıb” – deyə adının çəkilməsini istəməyən diplomat
bildirib. O, həmçinin qeyd edib ki, hökuməti ciddi tənqidə məruz
qoyanlar həbsə alınıblar və onlara qarşı uydurma ittihamlar irəli
sürülüb.

Hazırda ABŞ, Avropa Birliyi və başqa regional tərəfdaşlar məsələni
həll etmək, azad və ədalətli cəmiyyət qurmaq səyləri göstərən Azərbaycan
vətəndaşlarına dəstək olmaq yolları axtarırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=10850

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31