Sərhədsiz reportyorlar Azərbaycandakı repressiyalarla bağlı açıqlama yaydı

18.08.2014 - 17:08

Sərhədsiz reportyorlar Azərbaycandakı repressiyalarla bağlı açıqlama
yayıb. Açıqlamada ölkədə vətəndaş cəmiyyətinə olan basqılar və həbslər
sərt tənqid olunub: “Azərbaycan hökuməti iyul ayından başlayaraq hüquq
müdafiəçilərini, müstəqil jurnalistlərin və ictimai fəalların üzərinə
misli görünməmiş basqılara başlayıb. Azərbaycan bu ilin may ayının
14-dən etibarən Avropa Şurası Nazirlər Kabinetinə sədrlik növbəsini
təhvil alıb, amma baş verməkdə olan hadisələr bir daha göstərir ki, bu
ölkə Avropa Şurasına daxil olan 47 ölkə arasında ən repressiv rejimi ilə
fərqlənir. Medyaya dəstək verən bir sıra təşklatlar və onların
liderləri bu dəfəki basqıları n əsas hədəfləridir. Avqustun 5-nə olan
duruma görə, onlarla QHT-nin bank hesabları dondurulub. Bunların
arasında İREX Azərbaycan şöbəsi, Reportyorların azadlığı
vəTəhlükəsizliyi İnstitutu, Media Hüququq İnstitututu kimi qeyri hökumət
təşkilatları da var. Bu təşkilatların hər üçü informasiya
azadlıqlarının təmanatı sahəsində ciddi işlər görürdülər. RATİ-nin
direktoru Emin Hüseynovun və MHİ-nun rəhbəri Rəşid Hacılının şəxsi bank
hesabları da dondurulub”.

Açıqlamada daha sonra Sərhədsiz Reportyorların Şərqi Avropa və
Mərkəzi Asiya departamentinin  rəhbəri Yohann Bihr bildirir ki,
Azərbaycan hökuməti, ölkədəki son azad səslərə də ölümcül zərbə vurmağı
planlaşdırıblar: “Avqustun 6-da Emin Hüseynova bildirilib ki, onun
ölkədən çıxmasına qadağa qoyulub. 8 avqustdan etibarən onunla əlaqə
qırılıb və həmin gün onun ofisində axtarış aparılıb. Axtarış aparanlar
ofsdə hüquq müdafiəsi ilə baölı sənədləri, eləcə də bütün mühasibat və
hüquq sənədlərini, təşkilatın kompyuterlərini də özləri ilə aparıblar.
Həmin gün Emin Hüseynovun evində də axtarış aparılıb və orada da
kompyuterlər müsadirə edilib. 3 gün keçdikdən sonra ofis möhürlənib.
Məhkəmə icraçıları heç bir sənəd göstərmədən ofisin bütün işçilərinə
oranbı tərk etməyi əmr ediblər. Sərhədsiz Reportyorların Şərqi Avropa və
Mərkəzi Asiya departamentinin  rəhbəri Yohann Bihr bildirir ki,
Azərbaycan hökuməti, ölkədəki son azad səslərə də ölümcül zərbə vurmağı
planlaşdırıblar. ,,Biz beynəlxalq ictimaiyyətə müraciət edirik ki,AŞ PA
Nazirlər Kabinetinə rəhbərlik etməkdə olan bir hökumətin öz ölkəsində
tətbiq etdiyi yolverilməz praktikanın qarşısının alınması üçün təcili
tədbirlər görülsün. Bu təqib və təzyiq aktları Azərbaycanda müstəqil
medyanın tamamilə məhv edilməsi ilə nəticələnə bilər”. İnformasiya
azadlıqlarını təmin edənlərin ailə üzvləri də bu repressiyalarla
üzləşməkdədirlər.

Avqustun 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarından olan
Murad Ədilovun Sabirabad rayonunun Xəlfəli kəndindəki evinə polis reydi
təşkil edilərək həbs olunub. Adilovların evində qanunsuz axtarış zamanı
polislər elan ediblər ki, yastığın altından 600 qram narkotik tapılaraq
götürülüb. Bu narkotikin ona məxsus olduğunu təsdiq etmək üçün ona
işgəncə veriblər və sonradan Baş mütəşəkkil Cinayətkarlığa qarşı
mübarizə İdarəsinə gətiriblər. Həbs edildikdən sonra iki gün ərzində ona
vəkili ilə görüşməyə icazə verməyiblər. Avqustun 13-də isə onu həbs
qəti imkan tədbiri olaraq 3 aylıq həbs verərək həbsxanaya göndəriblər. 

Murad Adilovun qardaşı, Azadlıq qəzetinin əməkdaşı və Azərbaycan
saatı televiziya proqramının aparıcısı Natiq Adilov bildirir ki, qardaşı
Muradın siyasi fəallığı qəcəq yaradırdı, amma Muradın həbsi onun
jurnalist fəaliyyəti ilə bağlıdır. Azadlıq qəzetinin baş redaktoru
Qənimət Zahid bu versiyanı təsdiq edir. Hökumət uzun zamandır ki,
Azadlıq qəzetinin maliyyə sıxıntılarıyla sıradan çıxarılması üçün
tədbirlər aparır.  

İyulun sonlarından başlayan repressiyalar avqust ayında daha da
şiddətlənməkdədir. Avqustun 2-də hüquq müdafiəçisi Rəsul Cəfərov da
uydurma ittihamlarla həbs qətiimkan tədbiri olaraq 3 aylıq həbs
verilərək  həbsxanaya göndərilib. Rəsul Cəfərovdan 3 gün əvvəl tanınmış
hüquq müdafiəçisi Leyla Yunus, ondan 5 gün sonra Leyla Yunusun həyat
yoldaşı Arif Yunus həbs edildilər. Yunuslar 18 apreldə həbs edilən
jurnalist Rauf Mirqədirovun ittiham edildiyi cinayətlərdə
günahlandırılırlar.  Avqustun 8-də isə hüquq müdafiəçisi İntiqam Əliyev
saxta ittihamlarla həbs edilib. Azərbaycan medya azadlıqlarına görə 180
ölkə arasında 160-cı yerdədir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10928

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31