BMT hakimiyyəti məhbusları dərhal azad etməyə çağırdı
Azərbaycanda tanınmış hüquq müdafiəçilərinin təqib olunmasını pisləyir
və repressiyaları dayandırmağa çağırır.
“Biz təqib, həbs, saxta ittihamlar əsasında çıxarılan hökmlərdən,
fəalların ölkədən çıxlmasının məhdudlaşdırılmasından sarsılmışıq. Hüquq
müdafiəçilərinin təqib edilməsinin dayandırılmasını tələb edirik.
Əsassız yerə həbs olunanlar dərhal azad edilməlidir”, – deyə bəyanatda
bildirilir.
BMT ekspertləri Sülh və Demokratiya İnstitutunun direktoru Leyla
Yunusun, konfliktoloq Arif Yunusun, hüquq müdafiəçisi Rəsul Cəfərovun,
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin həbsinə xüsusi
toxunublar.
Bənayatda həmçinin deyilir: “Bir ildən az müddətdə ölkədə
situasiyanın artıq üçüncü dəfə pisləşməsi ciddi narahatçılıq doğurur.
Biz fəallara qarşı repressiyaların artmasından narahatıq”.
BMT ekspertləri insan haqları ilə bağlı götürdüyü öhdəlikləri də hakimiyyətin yadına salıb.
Bəyanatda həmçinin deyilir ki, Azərbaycanın BMT Təhlükəsizlik
Şurasında qeyri-daimi üzvlüyü hakimiyyətin azadlıqların boğulmasına
yölənik addımları ilə uzlaşmır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10983