"Azəri qızı Günel" Rza Zərraba görə həbs cəzası aldı
Türkiyədə yaşan azərbaycanlı müğənni, daha çox “Azəri qızı Günel” kimi tanınan Günel Zeynalova barəsində 6 aylıq həbs qərarı çıxarılıb. Səbəb onun keçmiş sevgilisi, “böyük rüşvət” əməliyyatında həbs edilən Rza Zərrabı “başına güllə çaxaram” deyərək təhdid etməsidir.
Bununla belə, hakim G.Zeynalovanın yenidən cinayətə yol verməyəcəyi qənaətinin olduğunu əsas götürərək hökmün elan edilməsini təxirə salıb.
G.Zeynalova bundan əvvəl də R.Zərrabla aralarındakı telefon danışığını ikincinin razılığı olmadan yaydığı üçün “Xəbərləşmənin gizliliyi pozma” ittihamı ilə 9 ay həbs cəzasına məhkum edilmiş, bu cəzanın icrası da təxirə salınmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=12447