İntiqam Əliyevin həbsində Kəmaləddin Heydərov izi
“Kür işi”- ni Avropa Məhkəməsinə hazırlayan hüquqşünas “fövqəlnazir”- in qəzəbinə tuş gəlib
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, tanınmış hüquqşünas İntiqam Əliyevin həbsi çoxları üçün gözlənilməz oldu. Siyasi mənsubiyyəti olmayan, cəmiyyətdə daha çox humanizm və barışdırıcılıq mövqeyindən çıxış edən, sərt, radikal mövqe və çıxışlardan uzaq olan, ehtiyacı olanlara təmannasız hüquq yardım edən məhbus hüquqşunasın həbsi ətrafında müxtəlif fikirlər səsləndi. Daha çox səslənən fikir ondan ibarət idi ki, Avropa
İnsan Hüquqları Məhkəməsində (AİHM) indiyə qədər Azərbaycan hökümətinin cərimələnməsi
və ifşa olması ilə bağlı xeyli işləri udan İntiqam Əliyevin həbsinə onun elə bu
nailiyyətləri səbəb olub. Təbii ki, onun həbsində bu amil aparıcı məqamlardan
biridir.
Amma sual oluna bilər, axı AİHM- də qələbə çalmış, mülkiyyət hüququ tanınmış, oğurlanmış səsi, mandatı təsdiq olunmuş, tapdanmış hüquq bərpa edilmiş onlarla insana İntiqam Əliyev 10 ildən çoxdur ki, yardım
edirdi, tanınmış hüquqşünas niyə 5- 7 il öncə deyil, məhz indi həbs olundu? Bəzi
ekspertlər bu həbsi vətəndaş cəmiyyəti fəallarının son zamanlar repressiyaya məruz
qalaraq həbs edilməsi fonunda baş verən kütləvi həbslərin tərkib hissəsi hesab
edir. Amma cumhuriyyet.az-ın apardığı araşdırmalar və əldə etdiyimiz bilgilərə
görə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədrinin həbsinin arxasında onun AİHM- də
çoxsaylı məhkəmə iddialarını udması dayansa da həbsin konkret detalı və səbəbkarı
var. Nə qədər təəccüblü və gözlənilməz olsa da həbsin arxasında dayanan şəxs
kimi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun adı çəkilir. Verilən məlumatlara
görə son 4 ildə Kəmaləddin Heydərovun baş bəlasına çevrilmiş, onun imicinin və
nüfuzunun ciddi şəkildə zədələnməsin səbəb olmuş Kür daşqınları ilə bağlı
narazı insanların hüquqlarını müdafiə edən əsas hüquqşünaslardan biri də
İntiqam Əliyev olub. Maraqlıdır ki, tanınmış hüquq müdafiəçisi həbs olunan ərəfədə
onun ofisindən respublika prokurorluğunun əməkdaşları tərəfindən götürülən işlər
arasında “Kür işi” də olub.
Eyni zamanda xatırladaq ki, Kəmaləddin Heydərovla bağlı ilk dəfə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərən də 2011- ci ildə “Kür işi” ilə bağlı yenə İntiqam Əliyev olub. Başqa bir misal isə ondan
ibarətdir ki, sən demə hazırda Ali Məhkəmədə hüquqi qüvvəyə münmiş, beləliklə
ölkə daxilində müdafiə hüquqları bitmiş 50- dən yuxarı “Kür işi”- nin də AİHM-
nə göndərilməsini İntiqam Əliyev hazırlayırmış. Məlumat üçün qeyd edək ki,
2011- ci ildə Avropa Məhkəməsinə göndərilən
Kür daşqınları ilə bağlı zərəçəkənlərin iddia tələbinə dair şikayət ərizəsi
sözü gedən məhkəmənin icraatına götürülüb. Son 50- dən yuxarı “Kür işi”- nin
AİHM- ə göndərilməsi və icraata götürülməsi o deməkdir ki, son 10 ildə Azərbaycandan
sözü gedən beynəlxalq məhkəməyə gedən şikayətlər içində 2005 və 2010- cu il
parlament seçkilərindən sonra (son seçkilərdə İntiqam Əliyev tərəfindən70- dən
çox şikayət AİHM- nə göndərilib ki, bu işlərin əksəriyyəti ilə bağlı Azərbaycan
höküməti ilə kommunkasiya başlanılıb-red.) Azərbaycana qarşı eyni motiv üzrə
göndərilən ən böyük total, ikinci şikayət ərizələri olacaq. Bu isə ilk dəfə
olaraq Kəmaləddin Hedyərovdan Avropa Məhkəməsinə göndərilən total şikayət ərizələridir
ki, bu ərizələr “Fövqəlnazir”- in fövqəl ifşası ilə bitə bilər. Çünki hamı
bilir ki, 2010- cu il Kür daşqınları və 2012- ci il Qax- Zaqatala zəlsələsi ilə
bağlı son 4 ildə dövlət büdcəsindən 1 milyard
manatdan artıq vəsait ayrılıb ki, bu vəsaitlərin əhəmiyyətli bir hissəsi
korrupsiyanın qurbanı olub. Vəsaitlərin xərclənməsinə isə FHN və onun rəhbəri Kəmaləddin
Hedyərov “nəzarət” edib. Eyni vaxtda, eyni bir problemlə bağlı 50- dən yuxarı
şikayət ərizəsinin Avropa Məhkəməsinə göndərilməsi və həmin şikayətlərin
icraata götürülüb şikayətçilərin mülkiyyət hüquqlarının bərpası və ayrılan vəsaitlərin
korrupsiyaya ugraması faktının tanınması böyük iddialarla yaşayan K. Heydərovun
beynəlxalq aləmdə büs- bütün ifşası olardı. Bir sıra beynəlxalq qalmaqallarda
imici ciddi zədələnən FHN şefi növbəti zərbədən sığortalanmaq üçün onun İntiqam
Əliyevin həbsində hakimiyyət daxilində xüsusi canfəşanlıq etdiyi bildirilir.
Yeri gəlmişkən qeyd edək ki, digər siyasi məhbuslardan fəqrli olaraq əldə
etdiyimiz məlumatlara görə onun həbsi iilə bağlı hakimiyyət daxilində fərqli
mövqelər və tərəddüdlər olub. Sonradan K. Heydərovun da daxil olduğu mühafizəkar
qanadın təkidindən sonra tanınmış hüquq müdafiəçsinin həbsinə razılıq verilib.
İntiqam Əliyevin “Kür işi” ilə məşğul olduğu və zərərçəkənlərə
yardım etdiyini Azadlıq radiosuna verdiyi müsahibədə
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, hüquq müdafiəçisi Oqtay
Gülalıyev də təsdiq edib: “Kür daşqınlarının təsirinə məruz qalmış 200 nəfərdən
artıq şəxs 2010- cu ildən başlayaraq FHN- ə və digər aidiyyatı qurumlara qarşı
məhkəmədə iddia qaldırmaq üçün “Kür” Vətəndaş Cəmiyyətinə müraciət edib.
Onların bir qisminin problemləri sənədlərin məhkəməyə hazırlandığı mərhələdə və
bizim FHN- lə əməkdaşlığımız çərçivəsində müsbət həllini tapdı. 119 nəfərin
iddia tələbi “Kür” Cəmiyyəti tərəfindən hazırlanıb məhkəməyə təqdim olundu.
Məhkəmənin gedişində daha bir qrup iddiaçının iddiası təmin olundu. Onlara ev
tikildi və kompensasiya verildi. Bir qrup müxtəlif səbəblərdən iddia tələbini
davam etdirmək istəmədi. Hazırda 13
nəfərin işi Ali Məhkəmənin icraatındadır. 50 nəfərdən artıq iddiaçının işi ilə
bağlı Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Həmin
iddiaçıların ölkə daxili müdafiə hüquqları tükəndiyindən onların şikayətləri
Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanır. 3 nəfərin işi isə Avropa
Məhkəməsinə göndərilib ki, həmin işlərdən 2-si icraata götürülüb”.
Oqtay Gülalıyev həmçinin qeyd edib ki, “Kür işi” ilə bağlı şikayətçilərin Avropa
İnsan Hüquqları Məhkəməsinə sənədlərini dəyərli hüquqşünasımız İntiqam Əliyev
hazırlayırdı; “Onun qanunsuz həbsindən sonra bu işlərlə bağlı xeyli
problemlərimiz yaranıb. Çünki İntiqam bəy bu sahədə təcrübəli olmaqla yanaşı
“Kür işi”- nə təmənnasız yardım edirdi. Layihə dəstəyimiz olmadığından hazırdı
çətinliklərlə üz- üzəyik. Amma mövcud çətinliklərə baxmayaraq hüquqi
müstəvidəki işlərimizi və mübarizəmisi davam etdiririk.”
Göründüyü kimi İntiqam Əliyevin “Kür işi” ilə məşğul olması onun həbsində həll edici
amillərdən biri olub. Hakimiyyət daxilində geniş təsir imkanlarına və dayaqlara
malik Kəmaləddin Heydərov onun ifşasına yönələn hər hansı addımı bağışlamır.
Xatırlayırsınızsa öncəki illərdə də buna oxşar anoloji addımlar atılmışdı.
Keçmiş İqtisadi İnkişaf naziri Fərhda Əliyevin vəzifədən çıxarılıb həbsə
göndərilməsi və 8 il dəmir barmaqlılar arxasında qalması, eləcə də digər
şəxslərin, o cümlədən “Kür” Vətəndaş Cəmiyyətinin fəalları Oqtay Gülalıyevin,
İlham Əmiraslanovun həbslərinin də K. Heydərovun təkidi ilə hakimiyyətin yuxarı
qatlarından verilən göstərişlə həyata keçirildiyi bildirilir. Bir sözlə
“fövqəlnazir” öz gücünü təkcə iqtisadi sahələrdə deyil, lazım gələndə siyasi
mübarizə meydanlarında da göstərib onun üçün arzu olunmaz şəxsləri çox
asanlıqla həbsxanalara göndərə bilir. Onun İntiqam Əliyevi həbsxanada nə qədər
saxlaya biləcəyini isə zaman göstərəcək.
Bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik, bizi izləyin.
Əliyeva Leyla
Short URL: http://www.cumhuriyyet.net/?p=12902