Rauf Arifoğludan Mirşahinin telekanalına ittiham: namərdlik etdilər

05.12.2014 - 02:28

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə üzv olduğu Müsavat partiyası arasında narazılıq yaşanıb. Müsavat başqanının müavini Osman Kazımovun sosial
şəbəkədə “”Yeni Müsavat”la AXCP arasında baş verənlərin Müsavat
partiyasına aidiyyatı yoxdur ” deməsi baş redaktorun etirazına səbəb
olub. Uzun illər boyu Müsavat partiyasını müdafiə edən “Yeni Müsavat”
qəzetinin baş redaktoru Facebookdakı statusunda bunları yazıb. “ANS
mənə növbəti pisliyini, özünün növbəti namərdliyini yapdı. İki gün
yalvar-yaxış, müsahibə aldılar. Sonra da bir qəzetə qarşı bir partiya
liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə
verdilər. Müsahibə götürdükləri Yeni Müsavatın baş redaktoru, çəkdikləri
qəzet və jurnalistlər, lakin təqdimat partiya davası…
Bunca
absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi, əvəzində ƏIi
Kərimlinin Müsavat üzrə müavini Fuad Qəhrəmanlıya söydürdülər bizi…
Bəzi Müsavat üzvləri də, hətta rəhbərliyə aid olanlar, Feysdə
kürəyimizdən xəncərləməkdə. Həm də artıq neçənci dəfə. Böyük Yurdçu
Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü
adlandırır…
AXCP
ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah, gələn
həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq
məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli
Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik…”

Short URL: http://www.cumhuriyyet.net/?p=14176

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728