Rauf Arifoğlu və Arif Hacılı görüşüb anlaşdılar

05.12.2014 - 16:41

 

Müsavat Partiyasının başqanı Arif Hacılı ilə “Yeni Müsavat”
qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün saat 16-da görüşüblər.
Görüş partiya başqa Arif Hacılının təşəbbüsü ilə baş tutub. Bu
barədə musavat.com-a məlumat verən R.Arifoğlu bildirib ki, Müsavat
başqanı ilə onun arasında görüş normal atmosferdə keçib, tərəflər
yaranmış gərginliklə bağlı öz mövqelərini açıqlayıb, bir-birinin irad və
təkliflərini dinləyiblər: “Hesab edirəm ki, faydalı görüş oldu, bir çox
məsələlərə dair öz mövqeymizi dəqiqləşdirdik. Ayrıca Arif Hacılı
partiyanın 14 dekabra təyin etdiyi mitinqə görə qəzetin informasiya
dəstəyi verməsini xahiş etdi və bu anlayışla qarşılandı”.

Qeyd edək
ki, dünən gecə Müsavat başqanının müavini Osman Kazımovun sosial
şəbəkədə “Yeni Müsavat”la AXCP arasında baş verənlərin Müsavat
partiyasına aidiyyəti yoxdur” yazması Rauf Arifoğlunun etirazına səbəb
olub. Rauf Arifoğlu “facebook”dakı statusunda gələn həftə qəzetdə
çalışan müsavatçıların partiyada qalıb-qalmamaq məsələsinin müzakirə
olunacağını yazıb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14203

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728