Ollandın qəfil Moskva səfəri
Fransa prezidenti səfər çərçivəsində
rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Putin və Olland Ukraynadakı
vəziyyəti və “Mistral ” təyyarədaşıyan gəmisinin qaytarılmasının
ləngiməsini müzakirə edəcəklər.
“Rusiya 24″ qeyd edib ki, Moskvaya Olland iki günlük səfərdə olduğu Qazaxıstandan gəlib.
Daha əvvəl Qazaxıstana səfər zamanı Fransa prezidenti Rusiyanın,
Almaniyanın və Fransanın iştirakı ilə Ukraynada gərginliyin azalmasının
prosesi dəstəklədiyini bildirib. Siyasətçinin sözlərinə görə, “gərginlik
və təzyiq, hal-hazırda mövcud olan problemlərin həllinə heç vaxt xidmət
edə bilməz.
“Biz Putin, Poroşenko və xanım Merkel ilə birgə gərginliyin azalması prosesinə başlamalıyıq”, -deyə Olland bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14269