Ermənistan Böyük Sülh Sazişinə hazır deyil
Ermənistan isə Saziş üzərində işə başlamaq üçün heç nə etmək istəmir
PRESS-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin
mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin APA-ya
müsahibəsində deyib.
ATƏT Minsk Qrupunun həmsədrlərinin 4 dekabr tarixli bəyanatında Böyük
Sülh Sazişinə çağırış edilir. Azərbaycanın mövqeyi nədən ibarətdir?
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri
səviyyəsində 4 dekabr tarixində Bazeldə verilən bəyanatda Böyük Sülh
Sazişi üzrə tez bir zamanda danışıqlara başlanmasının vacibliyi
vurğulanır. Azərbaycan dəfələrlə Böyük Sülh Sazişi üzərində işləməyə
hazır olduğunu bildirib və xarici işlər naziri Elmar Məmmədyarov 4-5
dekabr tarixlərində Bazeldə keçirilən ATƏT-in 21-ci Nazirlər Şurasının
iclasında çıxışı zamanı bu mövqeni bir daha bəyan edib.
isə, göründüyü kimi, Böyük Sülh Sazişinin üzərində işə başlamaq üçün
heç nə etmək istəmir, yalnız bəhanələrə, o cümlədən əsassız şəkildə
prinsiplərin razılaşdırılması məsələsinə əl ataraq, siyasi möhtəkirlik
yolu ilə diqqəti Böyük Sülh Sazişi məsələsindən yayındırır. Həmsədrlərin
son bəyanatında isə qeyd olunur ki, Rusiya, ABŞ və Fransa
prezidentlərinin birgə bəyanatlarında əks olunan elementlər və
prinsiplər, xüsusilə sonuncu Paris görüşündə müzakirə olunanlar
münaqişənin hərtərəfli həllinin əsasını təşkil edir. Həmsədrlərin də
qeyd etdiyi kimi, münaqişənin həllinin vaxtı yetişib. Ermənistanın
bəhanə və yalanlarına heç bir əsas yoxdur.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan həmsədrlərin
münaqişənin sülh yolu ilə həlli barədə çağırışını başqa cür şərh etdi.
Əslində məsələ necədir?
sonuncu nazirlər toplantısında Nalbandyanın çıxışı xüsusi isterik tonu
və məzmunu ilə yadda qalıb. Nalbandyanın ifadə etdiyi bu isteriya
Ermənistan rejiminin mövcud əlacsız və dalana dirənmiş durumunun
təsviridir. Həmsədrlərin bəyanatında münaqişənin sülh yolu ilə həllinə
dair edilən çağırışları da Ermənistan məqsədyönlü şəkildə təhrif edir.
Münaqişənin sülh yolu ilə həllinə çağırış mövcud “status-kvo”nun əsasını
təşkil edən işğal və təcavüzün aradan qaldırılması deməkdir. ATƏT-in
Minsk Qrupunun həmsədr ölkələri tərəfindən dövlət başçıları və digər
səviyyələrdə qəbul edilmiş bəyanatlarda daim mövcud “status-kvo”nun
qəbuledilməzliyi vurğulanıb. Ermənistan silahlı qüvvələrinin işğal
olunmuş Azərbaycan ərazilərindən çıxarılması, işğal və təcavüz faktının
aradan qaldırılması ilə mövcud “status-kvo” dəyişdirilə bilər.
Bu kimi halların baş verməməsi üçün Ermənistanın işğalçı qüvvələri
Azərbaycan ərazilərindən çıxarılmalıdır. Prezidentlərin Soçi, Uels və
Paris görüşlərindən sonra danışıqlarda müşahidə olunan müsbət meyllərin
əksinə olaraq, Ermənistan tərəfindən təxribatçı məqsədlərlə işğal
olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlər keçirilib
və hərbi hava qüvvələri vasitəsilə döyüş və hücum manevrləri edilib.
Təlimlərin özü ən böyük təxribat idi. Həmsədrlərin son bəyanatında qeyd
olunduğu kimi, gərginliyi daha da artıran addımlara yol verməmək
əvəzinə, Ermənistan qəsddən təhrikçi addımlara əl atıb.
tərəfi etimad quruculuğu məsələsini də möhtəkirlik obyektinə çevirib.
Ən böyük etimad quruculuğu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
işğal olunmuş ərazilərindən çıxarılması olar.
Həmsədrlər tərəfindən münaqişənin humanitar aspektləri ilə bağlı
Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin 2010-cu il (oktyabr)
tarixli Həştərxan bəyanatına da istinad olunur. Təəssüf ki, Ermənistan
tərəfindən münaqişə nəticəsində 4000-dən artıq itkin düşmüş
azərbaycanlının taleyi barədə hələ də məlumat verilmir. Öz doğma
torpaqlarında ata-analarının qəbirlərini ziyarət edən Dilqəm Əsgərov və
Şahbaz Quliyev həbs edilib və onların üzərində saxta məhkəmə qurulub,
digər soydaşımız Həsən Həsənov isə vəhşicəsinə öldürülüb. Göründüyü
kimi, Ermənistan tərəfi münaqişənin həlli istiqamətində konkret addımlar
atmaq əvəzinə, yenə də danışıqların mahiyyətini və həmsədr ölkələrin 4
dekabr tarixində verdikləri bəyanatın mahiyyətini təhrif edir. Gündəmdə
Böyük Sülh Sazişi kimi konkret məsələ olduğu halda, Ermənistan artıq
buna konkret cavab verməlidir. Ermənistan nə qədər tez bu reallığı dərk
edərsə, bir o qədər də tez münaqişənin həllində irəliləyişə nail olmaq
mümkün olar.
Short URL: http://www.cumhuriyyet.net/?p=14326