Türkiyənin Azərbaycanı Rusiyaya sata biləcəyi ilə bağlı iddialar şişirdilib
Rusiya qazının Türkiyə vasitəsilə daşınmasını nəzərdə tutan qaz
kəmərinin çəkilməsi ilə bağlı anlaşmanın əldə olunması Azərbaycanda
narahatlığa səbəb olub. SOCAR-ın Türkiyə üzərindən həyata keçirdiyi
layihələrin QAZPROM-un rəqabəti ilə üzləşəcəyi qorxusu bəzi ekspertləri
narahat edib. Mətbuatda bunu Türkiyənin Azərbaycana xəyanəti kimi
qiymətləndirənlər də var.
Türkiyəyə yeni qaz kəmərinin çəkiləcəyini, Rusiya qazının Avropada
birbaşa istehlakçılara yox, Türkiyənin Yunanıstanla sərhədində
satacağını bildirib.
enerji layihələrinə rəqabət yaradacaq. Ancaq mən diqqəti ona cəlb etmək
istəyirəm ki, əvvəla Türkiyə və Rusiyanın belə bir niyyətdə olmaları
barədə bəyanat verilib. Bu, nə müqavilədir, nə də hər hansı
ekspertizadan keçirilmiş layihədir. Heç hansı marşrutla bilavasitə
Türkiyənin ərazisindən keçəcəyi də bəlli deyil. Bunlar heç biri hələlik
müəyyənləşməyib. Ümumiyyətlə, bu gün QAZPROM-un maliyyə vəziyyəti nəzərə
alınsa, bu layihənin yaxın zamanlarda gerçəkləşməsi sual doğurur.
Azərbaycanın layihəsi isə təsdiqlənib, maliyyəsi də bəllidir,
Azərbaycanın maliyyə imkanları bu layihənin gerçəkləşməsi üçün
yetərlidir. Bu baxımdan, çox da həyəcanlanmağa dəyməz. SOCAR-ın
QAZPROM-la da, RUSNEFT-lə də müqavilələri var”.
nəzərdə tutulub. Buna görə də düşünürəm ki, Azərbaycan bu məsələlərdə
qabaqdadır və gələcəkdə də çalışacağıq ki, Rusiya ilə həm Türkiyə
bazarında, həm Avropa bazarlarında rəqabətdə qazımız dəyərdən düşməsin”.
isə qeyd etdi ki, Rusiya ilə Türkiyə arasında artan qaz əməkdaşlığı ilə
bağlı hazırda iki fərqli baxış var: “Birinci baxış bundan ibarətdir
ki, Rusiya Türkiyəyə yeni qaz xətti çəkəcəksə və eyni zamanda Türkiyəyə
daha çox qaz ixrac edəcəksə, Ankaranın Azərbaycan qazına marağı azala
bilər. Ankara Azərbaycandan qazın qiymətlərinin endirilməsini tələb edə
bilər. Bu versiya ağlabatan deyil. Çünki, onsuz da Azərbaycan öz qazını
Türkiyəyə Rusiya və İrandan da ucuz satır. Digər tərəfdən Türkiyə enerji
idxalının diversifikasiyası siyasətini həyata keçirir və ona görə də
Azərbaycan qazına hər zaman ehtiyac duyacaq. Həm də Azərbaycan qazının
bir miqdarı Türkiyə üzərindən Avropa ölkələrinə daşınacaq ki, bu
Türkiyənin bölgədəki rolunun artmasına xidmət edir.
etdikdən sonra Avropanın Azərbaycan qazına ehtiyacı daha da artıb.
Təsadüfi deyil ki, Putin “Cənub axını” layihəsindən imtina etdiyini
açıqladıqdan sonra Macarıstanın xarici işlər naziri Peter Siyatro və
Xorvatiyanın baş naziri Zoran Milanoviç açqılamalarında bildirdilər ki,
Azərbaycan qazına ümidlidirlər. “Cənub axını”ndan məhrum olan
Bolqarıstan və Serbiyanın da TAP və TANAP layihələrinə marağı artacaq”.
Azərbaycana xəyanət etməyib və Dağlıq Qarabağ məsələsini də unutmayıb: “Rəsmi Bakı Rusiya-Türkiyə ittifaqında yer almaq istəyir. Təsadüfi
deyil ki, Putinin Türkiyəyə səfərə gəldiyi ərəfədə Azərbaycan Prezidenti
İlham Əliyev Ərdoğanla telefonla danışdı. Əliyev-Ərdoğan telefon
danışığında Azərbaycan Prezidentinin G-20-lərin 2015-ci ildə Türkiyənin
Antalya şəhərində keçiriləcək görüşünə dəvət edildiyi bildirildi. Məsələ
burasındadır ki, 2015-ci ildə G-20-lərə Türkiyə sədrlik edəcək və
Türkiyə üzv ölkələrdən başqa istədiyi bir dövləti bu tədbirə qonaq
qismində dəvət etmək hüququna malikdir. 2013-cü ildə G-20-yə ev
sahibliyini həyata keçirən Rusiya Qazaxıstanı, 2014-cü ildə Avstraliya
isə Yeni Zellandiyanı seçmişdi. Türkiyə isə Azərbaycanı seçib.
Azərbaycanın qarşıdakı ildə qurumun bütün tədbirlərində iştirak edəcək.
23 hissəsi G-20 ölkələrində cəmləşib. Odur ki, belə bir kluba dəvət və
kənardan da olsa, söz haqqına malik olmaq sıradan bir hadisə deyil.
İlboyu G-20-lər çərçivəsində keçiriəcək tədbirlərdə dünya
iqtisadiyyatının böyüməsindən və ticarət imkanlarının genişlənməsindən
tutmuş enerji əməkdaşlığına qədər onlarla mövzu müzakirəyə çıxarılacaq
və Azərbaycan bütün bu müzakirələrdə iştirak edəcək.
mövzunu telefonla dekabrın 1-də müzakirə ediblər. Yəni bu, Vladimir
Putinin Türkiyəyə rəsmi səfərə başladığı gün baş tutub. Fikrimcə, bu,
təsadüf deyil. Türkiyə və Azərbaycan prezidentləri telefon görüşməsində
Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri də
müzakirə ediblər. Bu isə o deməkdir ki, bu münaqişənin həlli Ankara üçün
əvvəlki kimi priroritet qalır və məsələ Rusiya prezidentinin də
diqqətinə çatdırılıb. Digər tərəfdən Azərbaycan prezidenti Dağlıq
Qarabağ problemini və bunun regional əməkdaşlığa vurduğu ziyanı
G-20-lərin zirvə toplantısında da gündəmə gətirmək imkanı qazanacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14372