Azərbaycanın Misirdəki səfirliyi bağlana bilərmi?

09.12.2014 - 16:16

Hikmət Hacıyev: “Səfirliyimiz adi iş rejimində fəaliyyətini davam etdirir”
Xəbər
verildiyi kimi, bəzi ölkələr Misirdə yerləşən səfirliklərini
bağladıqlarını bəyan ediblər. İngiltərənin ardından dekabrın 9-da Kanada
və Almaniya da Qahirədəki səfirliklərini qapatdıqlarını bildiriblər.
Adıçəkilən ölkələrin Misirdəki səfirliklərinin fəaliyyətini dayandırmaları təhlükəsizlik tədbirləri ilə əlaqələndirilir. 
Ona görə də, Azərbaycanın bu məsələdəki mövqeyi ilə maraqlandıq. 
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan
səfirliyinin Misirdə fəaliyyətini davam etdirdiyini bildirdi:

“Liviyada buna bənzər hadisə yaşanmışdı. Hazırda onu qeyd edə bilərəm
ki, Azərbaycanın Misirdəki səfirliyi adi iş rejimində fəaliyyətini davam
etdirir. Ümumiyyətlə, səfirliyimizin təhlükəsizliyi ilə əlaqədar
tədbirlər görülür. Başqa şərh vermək tezdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14374

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728