Əli Həsənov 4 müxalif partiya ilə görüşəcək

11.12.2014 - 12:06

KXCP, ADP, ALDP və AXP rəhbərləri ölkədəki ictimai-siyasi
vəziyyəti müzakirə etmək üçün Prezident Administrasiyası İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcək. KXCP sədri Mirmahmud Mirəlioğlu “Qafqazinfo”ya açıqlamasında görüş
üçün razılıq verildiyini bildirib: “Görüş olacaq və nəticə haqda da
məlumat veriləcək”.

M.Mirəlioğlu görüşün vaxtını və digər detalları açıqlamaq istəməyib: “İnşallah, görüş baş tutduqdan sonra məlumat verəcəyik”. ADP sədri Sərdar Cəlaloğlu da bildirib ki, görüş yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, müxalifət partiyaları bir ay öncə görüş üçün Prezident Administrasiyasının şöbə müdirinə müraciət etmişdilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=14431

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728