Arif Hacılıya qarşı siyasi ittiham

11.12.2014 - 21:43

“Müsavatın AXCP ilə birləşməsinə Arif
Hacılı mane olub”. Bu barədə publika.az-a açıqlamasında Müsavat
başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib. 

Onun sözlərinə görə, AXCP ilə
birləşmə təklifi ona və Tofiq Hüseynliyə (Qara Tofiq-red) məxsus olub:
“Biz bunu ikilikdə müzakirə etmişdik və partiyada gündəmə gətirdik. Buna
razı olanlar kifayət qədər idi. Hətta birləşmədən sonra adın Müsavat
olaraq saxlanılmasına da razılıq verənlər var idi. Lakin buna mane
olanlar oldu. Əsas qarşı çıxan da Arif Hacılı idi. Çünki Arif Hacılı və
onun tərəfdarları birləşmə olacağı təqdirdə öz vəzifələrini
itirəcəklərini düşünürdülər. Ona görə də müxtəlif yolarla bunun
qarşısını aldılar. Halbuki, iki partiya birləşsəydi, Azərbaycanın siyasi
arenasında ciddi güc yaranacaqdı. İndi Müsavatın vəziyyətinə baxanda bu
partiya ilə iki addım da irəli getməyin mümkün olmadığı görünür”. 

Qeyd edək ki, AXCP-Müsavat birləşməsi
cəbhəçilərin qurultayında müzakirə olunaraq müsbət qarşılanmaışdı.
Lakin Müsavat sonda geri çəkildi.

Müsavat başqanının müavini Gülağa
Aslanlı Publika.az-a açıqlamasında bu barədə qərarın Divan tərəfindən
verildiyini deyib: “Divan kollegial qərarların verildiyi qurumdur və
burda kiminsə iradəsi əsas rol oynamır. Səxavət bəy, görünür, bəzi
şeyləri qarışdırır”

Short URL: http://www.cumhuriyyet.net/?p=14459

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728