Bakı-Ankara-Moskva arasında gizli anlaşma

13.12.2014 - 01:44

Keçən həftənin ən səs-küylü hadisələrindən biri İsrail aviasiyasının Suriya
paytaxtı yaxınlığındakı hərbi obyektlərə zərbə endirməsi oldu. Rusiya XİN-nin
qəzəbli bəyanatından aydın oldu ki, aviazərbələr nəticəsində Rusiya istehsalı
olan C 300 zenit-raket kompleksləri və onlar üçün ehtiyat hissələri sıradan
çıxarılıb. Bu bəyanata İsrailin Baş naziri Benyamin Netanyahu isə daha da sərt
cavab verərək bildirdi ki, onu Putinin nə düşündüyü maraqlandırmır. Sonra isə
həmişə olduğu kimi, məsələnin müzakirəsi keçdi media müstəvisinə və məlum oldu
ki, hələ bir neçə il əvvəl Rusiya ilə İsrail arasında iki bənddən ibarət
öhdəliklər üzrə anlaşma olubmuş:

1. İsrailin Suriyaya hərbi müdaxiləyə yol verməyəcəyi;

2. İsraildəki qaz yataqlarının işlənməsində Rusiya şirkətlərinin iştirakı.
Mediada yayılan xəbərlərə görə, 1-ci bəndlə bağlı heç bir problem olmasa da,
İsrail tərəfi 2-ci bəndi faktiki olaraq yerinə yetirməkdən imtina edib. Bundan
narazı qalan Rusiya isə öz tərəfindən görürdüyü öhdəliyi – Suriyaya və Livana
(daha doğrusu Hizbullaha) zenit-raket kompleksləri satmayacağını pozaraq,
Suriyaya C 300 raket komplekslərinin verilməsini bərpa edib.

Həmişə olduğu kimi, bu dəfə də İsrail məsələni sadə, amma sınanmış yolla
çözməyə – həmin raketlərin yerləşdiyi obyektləri bombalamağa qərar verib.

Beləliklə, bir sıra digər səbəblərlə yanaşı, Netanyahu-Obama şəxsi
münasibətlərindəki gərginlik üzündən yaranmış İsrail-Rusiya müttəfiqliyi bitmiş
sayıla bilər. Bu isə öz növbəsində Yaxın Şərqdə yaranmış mövcud duruma ABŞ-ın
təsir imkanlarını yenidən artırır. Əslində, İsrailin başqa seçimi də yoxdur.
Digər tərəfdən isə bu, həm də Putinin beynəlxalq aləmdə az-çox qalmış
dayaqlarının itirilməsinə səbəb ola bilər. Amma nəzərə alsaq ki, İsrail həm də
rəsmi Bakıya beynəlxalq dəstək məsələsində ciddi yardım göstərirdi, deməli, bu
dəstəyi də itirilmiş və ya zəifləmiş saymaq olar. Səbəb isə təxminən belədir:
əvvəllər Vaşinqtondakı bəzi yəhudi dairələri vasitəsilə (xüsusilə də AIPAC) ABŞ
xarici siyasətinə təsir edərək Azərbaycana dəstək verən İsrailin indi özünün
Vaşinqtonun dəstəyinə kəskin ehtiyacı yaranır.

Bu fonda Ərdoğan hökumətinin özünü necə aparacağını da söyləmək asan deyil.
Hələlik bəlli olan budur ki, Türkiyə ilə Rusiya arasında siyasi və iqtisadi
əməkdaşlıq sürətlə genişlənməkdədir. Digər tərəfdən isə son günlər rəsmi
Bakının onsuz da anti-Qərb ritorikasındakı kəskinliyin artması dolayısı ilə
Azərbaycan-Rusiya-Türkiyə üçlüyünün de-fakto yaranması barədə gizli anlaşmanın
olduğuna işarə edir. Lakin neftin sürətlə ucuzlaşdığı bir dönəmdə bir tərəfdən
iqtisadiyyatı neftdən asılı olan və neft gəlirlərindən daha sürətlə nüfuzunu
itirən, mövqeləri zəifləyən Rusiyanın, digər tərəfdən isə bütün xarici
siyasətini situasiyaya uyğun olaraq dəyişən manevrlər üzərində quran Türkiyənin
yanında olmaq Azərbaycan üçün nə dərəcədə əlverişli ola bilər?
Şərq-Qərb Araşdırmalar Mərkəzi

Short URL: http://www.cumhuriyyet.net/?p=14516

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728