Bələdiyyə seçkilərində YAP monopoliyası

15.12.2014 - 09:23

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 8 siyasi partiya
namizədlərini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının media və ictimai
əlaqələr şöbəsinin müdiri Şahin Əsədli dekabrın 11-də “Media forum”
saytına həmin siyasi partiyalar üzrə namizəd bölgüsünü açıqlayıb.  Yeni Azərbaycan Partiyası – 13405 namizəd, Ana Vətən Partiyası – 159,
Vətəndaş Həmrəyliyi Partiyası – 105, Böyük Quruluş Partiyası – 86,
Azərbaycan Demokratik Islahatlar Partiyası – 55, Ümid Partiyası – 50,
Milli Dirçəliş Hərəkatı – 27, Azərbaycan Sosial Demokrat Partiyası – 21
nəfər.

Qeyd edək ki, MSK-nın bundan öncəki açıqlamasında bildirilmişdi ki,
ümumilikdə 30 siyasi partiyanın üzvləri bələdiyyə seçkilərinə qatılıb.
Ancaq hələ də bu 30 partiyanın adı bizə məlum deyil və MSK da bu
partiyaları tapa bilmir. Onu da qeyd edək ki, MSK sədri Məzahir Pənahov
bələdiyyə seçkilərinin “alman dəqiqliyi” ilə keçiriləcəyini vəd etmişdi.
Artıq, bu “dəqiq”lik hiss olunmaqdadır və demək olar, bələdiyyə
yerlərini YAP zəbt edib. Belə ki, 16007 bələdiyyə yerinə 15035 nəfər
seçiləcək. YAP-ın isə rəsmən 13405 namizədi var.

Amma məsələ təkcə sayda da deyil. Onsuz da Azərbaycanda seçkilərin
necə keçirilməsi və hansı mənanı ifadə etdiyi hər kəsə aydındır.
Məsələn, 9 oktyabr prezident seçkilərində 10 namizəd iştirak edirdi. Bu
namizədlərdən 8-i Ilham Əliyevin kursunu dəstəkləyirdi. Təsəvvür edin,
prezident olmaq istəyən 8 nəfər, 9-cu namizədin təbliğatını aparırdı.
Çünki, bu adamlar nəticənin necə olacağını və namizədliklərini niyə
verdiklərini yaxşı bilirdilər.

Amma bütün bunlara baxmayaraq prezident seçkilərində seçim ovqat hiss
olunur. Yəni hakimiyyət seçib-seçilmək ənənəsini məhv etsə də,
prinsipial namizədin ortaya çıxması cəmiyyəti ümidləndirir. Bələdiyyə seçkilərində isə vəziyyət həddindən artıq bərbaddır və ölkə ictimaiyyəti bu seçkini unudub. 

Türkiyədə, Gürcüstanda bələdiyyə seçkiləri prezident seçkisindən də
aktual olur. Insanlar azad rəqabət şəraitində  mübarizə aparır. Çünki,
namizədliyini irəli sürmüş vətəndaş bilir ki, bələdiyyə sədrinin böyük
səlahiyyətləri var və təmsil etdiyi ərazidə böyük işlər görmək şansı
qazanır.

Azərbaycanda isə bələdiyyə seçkisi, demək olar, MSK-da keçirilir.
Seçki məntəqəsinə getmək, hansısa namizədə səs vermək, insanlara gülməli
gəlir.

Hətta bələdiyyə seçkilərində də hakimiyyət heç kimə güzəştə getmir.
Beynəlxalq təşkilatların müşahidəçiliyi altında keçirilən seçkidə 58
faiz saxtakarlıq qeydə alınırsa, YAP-ın müşahidəsi altında keçiriləcək
seçkinin taleyi məlumdur.

13405 namizədi qutuya salmaq istəyi, seçki saxtakarlığının ilkin göstəricisidir. Bir sözlə, qolu-qanadı sındırlımış seçkini bu dəfə dəfn edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=14559

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728