Türkiyə səfirliyindən Azərbaycan vətəndaşlarına xəbərdarlıq

22.12.2014 - 20:07

Türkiyənin Azərbaycandakı səfirliyi bu ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

APA-nın səfirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə,
xəbərdarlıq Türkiyədə yeni qəbul olunmuş “Xaricilər və beynəlxalq qoruma
qanunu”nun yeni ildən qüvvəyə minməsi ilə əlaqədardır.

Qeyd olunur ki, 2015-ci ilin 1 yanvar tarixindən etibarən Türkiyəyə
getmək istəyən xarici vətəndaşların pasportunun və ya pasportu əvəz edən
sənədlərinin etibarlılıq müddəti bu ölkədə qalmaq üçün viza və ya icazə
müddəti bitdikdə sonra da 60 gündən az olmamalıdır.

Sənədlərinin etibarlılıq müddəti bu şərtlərə cavab verməyən xarici vətəndaşların Türkiyəyə girişi qadağan olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=14680

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930