Avropadan bələdiyyə seçkilərinə saymamazlıq

23.12.2014 - 00:56

Azərbaycanda
keçiriləcək bələdiyyə seçkilərində 37077-yə qədər namizəd qeydə alınıb. Bu barədə Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat
konfransında deyib. Onun sözlərinə görə, 8
siyasi partiya rəsmi olaraq namizədlərini irəli sürüb. Bu partiyalara Yeni
Azərbaycan Partiyası, Ümid Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası,
Demokratik İslahatlar Partiyası, Sosial Demokrat Partiyası, Böyük Quruluş
Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası daxildir.

M.Pənahov qeyd edib ki,
səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi,
128-i isə müvəqqəti yaradılan məntəqədir.

Onun sözlərinə görə,
dünəndən etibarən, yəni seçkiqabağı təşviqat kampaniyası qurtardığına görə
namizədlərin təbliğat xarakterli materialları, şəhərin müxtəlif yerlərində
asılan plakatlar artıq yığışdırılıb.

M.Pənahov bildirib ki,
MSK çoxlu sayda maarifləndirici tədbirlər həyata keçirib. 8 ölkə miqyaslı müşavirələr,
seminar və təlimlər keçirilib.

 

MSK sədri deyib ki,
yerlərdə çox ciddi şəkildə tədbirlər həyata keçirilir və hesab edir ki, bu il
də polislə bağlı problemlər olmayacaq.

 

O, qeyd edib ki, 2000-ci
ildən bəri Azərbaycan polisinin seçkilər zamanı davranışı ilə bağlı beynəlxalq
təşkilatların hesabatlarında iradlara rast gəlinməyib: “Bu da onun
nəticəsidir ki, Daxili İşlər Nazirliyi və MSK əməkdaşlıq edib və polislər üçün
lazımi təlimlər keçirilib. Bu il də kifayət qədər işlər görülüb, Mərkəzi Seçki
Komissiyası da öz tövsiyələrini verib. Hesab edirəm
ki, bu il polislə bağlı heç bir problem olmayacaq”.

 

Bələdiyyə
seçkilərində beynəlxalq müşahidəçilərin cəlb olunması məsələsinə gəlincə isə
M.Pənahov deyib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Avropa Şurasına dəvət
göndərilmişdi: “Biz bu il Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər
Konqresi nümayəndələrini dəvət etmişik, amma onlar bizə gəlmək imkanları
olmadıqlarını dedilər. Biz çox təkid etdik, lakin gəlmədilər. Mən belə başa
düşdüm ki, Qərbdə Yeni illə bağlı bayramlar olur və görünür, onlar bu səbəbdən
qrup yığmaqda çətinlik çəkiblər. Amma biz bir ay əvvəlcədən müraciət
etmişdik” (“Trend”).

Short URL: http://www.cumhuriyyet.net/?p=14692

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728