AMİP bələdiyyə seçkiləri ilə bağlı bəyanat verdi
bələdiyyə seçkiləri ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyası
bəyanat verib. Bəyanatda keçirilən seçkilər kəskin şəkildə pislənilib.
Qeyd olunub ki, bu cür seçkinin keçirilməsi Azərbaycanı beynəlxalq
təşkilatların dəstəyindən məhrum edə bilər.
deyilir: “Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Azərbaycanda 23
dekabr 2014 –cü il keçirilmiş bələdiyyə seçkilərinə münasibət
bildirərək qeyd edir ki,
bələdiyyə seçkilərində seçkiöncəsi fəallığın digər illərdəki
seçkilərlə müqayisədə kəskin şəkildə aşağı olması,
günü əhalinin səsvermədə son dərəcə passivliyindən istifadə edərək
seçki bülletenlərin topa ilə qutulara atılması və seçicilərin
müxtəlif məntəqələrdə təkrarən səs verməsi faktlarının mövcudluğu,
bunları nəzərə alaraq AMİP hesab edir ki, 23 dekabr 2014-cü il
Bələdiyyə seşkilərinin nəticələri Azərbaycanda mühüm təsisat olan
bələdiyyələrin daha da nüfuzdan düşməsinə, insanların bələdiyyələrə
olan münasibətinin daha da neqativ olmasına gətirib çıxara bilər və
gələcəkdə bu qurumun mövcudluğunu sual altında qoya bilər. Eyni zamanda
Azərbaycanın öhdəlik götürüb təmsil olunduğu beynəxalq təşkilatların
yanında insanların seçki hüququna müdaxilə kimi qiymətləndirilə bilər ki
, bu da işğal altında olan ərazilərimizin geri qaytarılmasında ölkəmizi
beynəlxalq dəstəkdən məhrum edə bilər. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=14765