Rusiya hərbi sirləri yaymaqla Azərbaycana savaş açdı
sürətlə dəyişdiyi bir vaxtda Azərbaycanın dövlət sirlərini mediaya
açması təsadüfi deyil”.
NATO Əməkdaşlıq İnstitutu olaraq bir neçə ay öncə Axar.az vasitəsiylə
Rusiya peyklərinin Azərbaycan ordusunun hərəkət istiqaməti və hərbi
hissələrin yerləşdiyi yerləri haqda məlumat topladığını söyləmişdik.
Rusiyanın ən önəmli xəbər agentliyinin dünyada siyasi proseslərin
sürətlə dəyişdiyi bir vaxtda Azərbaycanın dövlət sirlərini mediaya
açması təsadüfi deyil. Bu məlumatları onlara təbii olaraq Rusiya Müdafiə
Nazirliyi Baş Kəşfiyyat İdarəsi (QRU) və FTX (FSB) verir. Səbəb isə
Azərbaycanın hərbi sirlərini bildiklərini göstərməkdir. Bu həm də
Rusiyanın Azərbaycana dolayı yolla savaş açması anlamıdır. Bunlar çox
ciddi informasiyalardır. Əgər Rusiyanın hansısa bir xəbər agentliyi
bunları yayırsa, deməli, Rusiya dəstək verdiyi Ermənistana da bu
informasiyaları öz əli ilə verir. Bu sadəcə olaraq hərbi sirlərin cüzi
hissəsidir. Rusiya bu yolla həmçinin Azərbaycana mesaj verir. Hesab
edirik ki, Azərbaycan buna ciddi reaksiya verməlidir. Bu bir daha onu
göstərdi ki, Azərbaycanın əlavə olaraq Mərkəzi Kəşfiyyat Agentliyinə
ehtiyacı var. Bu agentlik peyk kəşfiyyatı ilə də təmin olunarsa, o zaman
Azərbaycan dövləti hazırda cərəyan edən çətin siyasi proseslərdə əlavə
dividentlər qazana bilər. Bu həm də düşməndən daha öndə olmağa xidmət
edər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14787