Siyasi partiyalar 2015 parlament seçkiləri ilə bağlı əməkdaşlıq layihəsini müzakirə ediblər

07.01.2015 - 20:19

Musavat.com xəbər verir ki, 7 yanvar
tarixdə Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən siyasi
partiyaların toplantısı olub. Toplantıda KXCP, Müsavat, Azadlıq, ALP,
VİP, BAP, Azad Demokratlar, Aydınlar və AXP sədrləri iştirak edib.
Toplantıda əfv haqqında  2014 – cü il 29  dekabr tarixli əfv sərəncamına
xüsusi bəyanat formasında  münasibət bildirilib. Bəyanatda deyilir: “Bu
bəyanatı qəbul edən siyasi partiyalar hesab edir ki,  siyasi məhbus
siyahısında olan 10 şəxsin də əfv edildiyi 29 dekabr 2014- cü il tarixli
sərəncamı özü – özlüyündə müsbət addım olsa da, Azərbaycanda siyasi
məhbus  probleminin həlli baxımından  yetərli sayıla bilməz.  Təəssüflə
qeyd edilir ki, bir qrup siyasi partiya ilə Prezident
Administrasiyasının məsul şəxslərinin görüşündə əsas müzakirə predmeti
olan bu məsələnin kardinal həll ediləcəyi istiqamətindəki gözləntilər
doğrulmayıb.
Hələ
də milli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən DİHİM- də
əməkdaşlıq edən siyasi partiyalar  tərəfindən siyasi məhbus kimi qəbul
edilən 100- civarında şəxs həbsdə qalmaqda davam edir. Eyni zamanda
Azadlıq radiosunda çalışan jurnalistlərə, bir sıra siyasi partiya
fəallarına qarşı istintaq orqanları tərəfindən yeni  işlərin açılması bu
siyahının daha da artacağı narahatlığı yaratmaya bilməz. Bu bəyanatı
qəbul edən partiyalar hakimiyyəti siyasi məhbus probleminin həlli üçün
 əhatəli addımlar atmağa, siyasi məhbus siyahılarındakı bütün şəxsləri
azad  etməyə çağırırlar”.
Toplantıda
2015- ci il parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb. Siyasi
partiyaların 2015- ci il Milli Məclisə seçkilərlə bağlı niyyət
xarakterli sənədin razılaşdırılıb qəbul edilməsi və bununla bağlı ölkədə
 fəaliyyət göstərən siyasi partiya, vətəndaş cəmiyyəti təşkilatları ilə
məsləhətləşmələr aparılması məqsədəuyğun sayılıb.  Məsləhətləşmələr
üçün 2015- ci il parlament seçkiləri ilə bağlı əməkdaşlıq haqqında
Bəyannamə Layihəsinin mətni razılaşdırılıb. Layihə mətnində deyilir: “Bu
bəyannaməni qəbul edən  tərəflər 2015- ci il Milli Məclisə seçkilərin
ölkə və  siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları və
vətəndaşlar  üçün mühüm əhəmiyyətini nəzərə alaraq    seçkilərə hazırlıq
və keçirilməsində əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər.
Əməkdaşlığın dərəcəsi, sahə və istiqamətlərinin dəqiqləşdirilməsi
sonrakı məsləhətləşmələrlə müəyyən ediləcək.  Bu zaman ölkədə
 demokratik siyasi islahatların aparılması, o cümlədən demokratik seçki
islahatının aparılması, seçkiqabağı şəraitin demokratikləşdirilməsi,
parlament seçkilərində əməkdaşlıq və fəaliyyətin koordinasiyası,
 demokratik qüvvələrin 2015- ci il parlament seçkilərində vahid
koalisiya şəklində iştirakına nail olmaq məsələlərinin prioritetliyi
nəzərdə tutulur. ” (Qeyd: 2015- ci il parlament seçkiləri ilə bağlı
məsələnin müzakirəsində Müsavat partiyası iştirak etməyib.)
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=15035

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728