392 manata əmrlərinə müntəzir olanlarla bir qadına qalib gələn “sərkərdə”
“Ümid” sədrinin əleyhinə ifadə vermiş keçmiş müavini “bomba kimi
partladı”: “Ofisində hər bir otağa dinləmə qurğusu qoyub, öz
müavinlərini dinləməyin hüquq pozuntusu deyilmi?
“Ümid” sədrinin əleyhinə ifadə vermiş keçmiş müavini “bomba kimi partladı”: “Ofisində hər bir otağa dinləmə qurğusu qoyub, öz müavinlərini dinləməyin hüquq pozuntusu deyilmi?
keçmiş müavini Könül Quliyeva bir neçə ay əvvəl hüquq-mühafizə
orqanlarından birində partiyanın sədri, millət vəkili İqbal Ağazadənin
əleyhinə ifadə verməsi barədə sensasiyalı açıqlama yayıb. “Azerbaycansaatı.tv” saytında yayımlanan açıqlamada K.Quliyeva baş
vermiş hadisənin geniş təfərrüatını yazmaqla yanaşı, İqbal Ağazadəyə
qarşı sözün əsl mənasında şok ittihamlar da irəli sürüb.
Xatırladaq ki, Könül Quliyevanın İqbal Ağazadənin əleyhinə ifadə verdiyi
haqda məlumatı ilk dəfə ötən ilin noyabr ayında
verib.Həmin vaxt K.Quliyeva əməkdaşımızla söhbətində faktı təsdiqləsə də,
hadisənin necə baş verdiyini danışmaqdan imtina etmişdi. İqbal Ağazadə
də “tarixə qayıtmaq istəmirəm, gələcək planlarımla bağlı suallarınız varsa cavablandırmağa hazıram” deyə, mövzunu bağlamışdı. Lakin indi Könül Quliyeva İqbal Ağazadənin
ona qarşı “böhtanları davam etdirdiyini” əsas gətirərək, ötən ilin may
ayında baş verənlərlə bağlı geniş açıqlama yayıb. Açıqlamanın həcmi
böyük olduğundan, ən əsası, orda müxtəlif şəxslərin, o cümlədən Ümid
Partiyasının üzvü olan bir neçə qadının adı çəkildiyindən, şəxsi həyata
dair məsələlələr qoyulduğundan onu olduğu kimi təqdim etməyi
məqsədəuyğun hesab etmədik.
“3 QADINDAN ONUN ƏLEYHİNƏ İFADƏ ALINSA DA…”
Qısaca
olaraq qeyd edək ki, Könül Quliyeva hansısa məmurun zəng olunaraq
təhqir olunması işinin araşdırılması çərçivəsində 23 may 2014-cü il
tarixində bacısı ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyinə
aparıldığnı, orda məcbur qalaraq İqbal Ağazadənin əleyhinə ifadə
verdiyini yazır: “Məndən tələb olundu ki, sən bizə İqbal Ağazadənin E. Ə. ilə
şəxsi yaxınlıqlarını təsdiq edən izahatı imzalamalısan. Mən bundan
imtina etdikcə təzyiqlər atrmağa başladı. Əlacsız qalmışdım…
Yeganə ilə bacımın evə buraxılması müqabilində çox böyük mənəvi əziyyət çəkərək onların dediklərini imzalamağa razılaşdım…”
Keçmiş müavini bildirir ki, bundan sonra İqbal Ağazadə onu MTN-lə
əvvəlcədən əməkdaşlıq edən şəxs kimi təqdim edərək, böhtanlar atmağa,
təzyiq göstərməyə başlayıb. Sitat: “Səhəri gün mayın 24-də partiyaya gələrək hər şeyi İqbal Ağazadəyə
danışmaq istəyirdim. Müstəntiqlər məndən tələb etmişdilər ki, onun
əleyhinə ifadəyə məcbur edildiyimi və zorla imzaladığımı ona
bildirməyim. Çox çətin durumda qalmışdım. Olanların əksəriyyətini ona
danışsam da, onunla bağlı hissəni deməyə tərəddüd edirdim. Lakin söhbət
əsasında gördüm ki, İ.Ağazadənin bütün ifadələrdən ətraflı xəbəri var.
Orda olan hər şeyi tam olaraq bilir və hətta mənim unutduğum məqamları
da tez-tez yadıma salırdı. Sanki, istəyirdi ki, onun əleyhinə yazılmış
ifadədə E. ilə özü haqqında olan hissəni mən açıqlayım. Amma mən onun
otağının dinlənilə biləcəyindən ehtiyat edərək bu barədə susmağa
üstünlük verirdim. Həm də gözləntilərimin əksinə olaraq, o məni sakit
dinləmək əvəzinə, səsini yüksəldərək çox sərt rəftar edirdi. Onun
belə sərt rəftarı ilə qarşılaşdığıma görə iki tərəfli basqı altında hər
şeyi danışa bilmirdim. Maraqlıdır ki, partiyadan MTN-ə aparılan hər üç
qadından dindirilmə zamanı İqbal Ağazadəyə qarşı ifadə alınsa da, o
yalnız mənim üzərimə sərt şəkildə gəlirdi…”
“TƏKİDLƏ SORUŞURDU KI, SƏNCƏ BU OYUN NƏDİR”
Könül
Quliyeva yazır ki, İqbal Ağazadənin əleyhinə ifadə verdiyini onun özünə
demədiyi üçün mənəvi əzab çəkib. Və qərara alıb ki, hər şeyi olduğu
kimi danışsın:
“Əsl gerçəkliyi İqbal bəy bildiyi halda, mən ona demədiyim üçün
vicdan əzabı çəkirdim. Ona zəng edib çıxılmaz durumda olduğumu və bəzi
məqamları olduğu kimi çatdırmaq istədiyimi dedim. Hətta ciddi
təhlükələri belə qarşılamaq üçün özümü buna hazırlamışdım. O, millət
vəkili, 12 il üzv olduğum partiyanın sədri və siyasi lideri idi. Onunla
çıxdığımız yolda hər zaman qətiyyətli və prinsipial fəliyyətimi ortaya
qoymuşdum. Bu yoldan dönüklük mənim mənəviyyatıma yad idi. Həm də o
insana böyük hörmətim və inamım var idi. Odur ki, partiya sədrinin
etimadını itirməkdənsə, fəaliyyətim olduğu kollektivdə şübhəli biri kimi
qalmaqdansa, təkrar əziyyətləri qəbul etməyə hazır idim. Onunla nə
zaman və harada görüşəcəyimizi qərarlaşdıq.
Səhəri gün – 25 may bazar günü İqbal bəylə “Divani-Hikmət”
adlı çay evində görüşüb bütün olayları tam olaraq ona danışdım. O, mənə
bildirdi ki, bu məsələni aydınlaşdırmaq üçün nazir Eldar Mahmudova
müraciət edəcək. Bunun üçün hər şeyin ərizə formasında İqbal bəyin adına
yazılması lazımdır. Çay evinin xidmətçilərinə qələm-kağız gətizdirdi və
mən elə orada hər şeyi olduğu kimi yazdım…
Təəssüflər olsun ki, İ. Ağazadəyə hər şeyi olduğu kimi desəm də, o
məndən ərizəni aldıqdan sonra da “sənin səmimiyyətinə yenə də inanmıram”
deyirdi. Təkidlə soruşurdu ki, səncə bu oyun nədir və nə üçün qurulub?
Mən daha çox şübhələndiyim məqamları deyəndə o mənə “sən
əməliyyatçıların dediklərini söyləyirsən” deyərək yenə də mənə qarşı
haqsızlıq edirdi. Məni üzən ən vacib məqam o idi ki, guya mən qurum
tərəfindən xüsusi tapşırıq alıb, icazə verilən yerə qədər danışıram…”
“DEDİM Kİ, SİZ DƏ İSA QƏMBƏRİN ÜZÜNƏ DURMUŞDUNUZ…”
K.Quliyevanın
yazdığına görə, belə böhtan və cəfəngiyyatların müəllifi olan İ.
Ağazadənin baş verənlərdə özünün maraqlı olduğu qənaətinə gəlib:
“O, partiya sədri olaraq məsələnin ictimailəşməsində maraqlı
deyildi. Bir siyasi partiyanın rəhbərliyində təmsil olunan üç vəzifəli
qadın dindirilməyə aparılıb, ifadələri alınsa da, o nəinki partiya
sədri, siyasətçi və deputat, hətta heç bir kişi kimi də bu məsələləri
ictimailəşdirməyə cəhd etmədi.”
Keçmiş müavini bundan sonra İ.Ağazadəyə adekvat cavab verməyə başladığını yazır: “İ.
Ağazadə onun əleyhinə ifadə verdiyimi bəhanə edərək, üzərimə çox
gəldiyi üçün artıq münasibətlərimiz xeyli gərginləşmişdi. Mən də məcbur
olub ona 2003-cü ildə İsa Qəmbərin üzünə durduğunu xatırlatdım. “Siz
məndən də yaxşı bilirsiniz ki, təzyiq altında istəmədən ifadə vermək
necədir. Özünüz də etiraf edirsiniz ki, o addımı atmağınıza daha ciddi
səbəblər var idi və bunu etdiyiniz üçün peşman deyilsiniz. Bəs onda niyə
məni qınayırsınız? Siz bir kişi kimi özünüzün tab gətirmədiyiniz
məsələdə bir qadını ittiham etməklə, şərləməklə, hansı qisası
alırsınız?” deyərək onunla uzun-uzadı mübahisə etdim.”
“ÖZ MÜAVİNLƏRİNİN OTAДћINA DİNLƏMƏ QURДћUSU QOYUB…”
“Üstündən 8 aylıq zaman fasiləsi keçsə də, indiyədək nə vicdanı,
nə də partiyadaşları qarşısında mənə qarşı etdiyi hərəkətlərə görə
peşmançılıq keçirmədiyini, böhtanlarını dayandırmadığını əsas tutaraq
geniş ictimaiyyətə olaylar haqqında danışmağa və İ.Ağazadənin əsl siyasi
obrazını təqdim etməyə qərar verdim”, deyə K.Quliyeva bildirir və
ardınca “Ümid” sədrinə qarşı sərt ittihamlar irəli sürməklə yanaşı,
sensasiyalı məlumatlar da verir.
Bəyanatın bu hissəsini olduğu kimi təqdim edirik:
“Sənin əsl siyasi portretini və mahiyyətini mənə bu gün də sevimli
müavinlərindən biri zamanında çox dəqiq cızmışdı. İqbal Ağazadəyə “müxalifətin Ştirlisi” deyərək, onunla məsafə saxlamağımı tövsiyyə edən, özümü ondan
qorumasam, başımın çox bəlalar çəkəcəyini iddia edən təcrübəli müavinin
səni daha yaxşı tanıyırmış. Mənə atdığın böhtanların cavabını həm bu
dünyada, həm də axirətdə alacaqsan. Sən öz fəaliyyətin və xarakterinlə
həm iqtidar, həm də müxalifət üçün yararsız olan siyasi möhtəkirsən. Heç
bir tərəfdə olan ağıllı adamlar sənə etibar etmir və etməz. Sən
insanlara yuxarıdan aşağıya baxmağınla, onları ələ salmağınla, özünə
hədsiz aşiqliyinlə, mənbəyi şübhəli olan pullarınla, bahalı
maşınlarınla, villalarınla öyünən tək müxalifətçi kimi parlament
tarixinə düşdüyün üçün məğlubedilməz olduğunu düşünürsən.
Ətrafına topladığın bütün gənc qadınlara bir gün qənim kəsilməyəcəyindən
heç kəsin şübhəsi olmasın! Səni tanıyanlar yaxşı bilir ki, öz mənafeyin
üçün elə eybəcərliklərə imza atarsan ki, onu tarix heç zaman unutmaz.
Hər dəfə palaz-palaz yazılar yazıb, müsahibələr verirsən ki, mən
siyasətdə söyüşlə, təhqirlə danışmıram. Amma sənə xatırlatmaq istəyirəm
ki, bir gün ərzində müxalifətin ünvanına söydüklərini, aşağılamalarını,
təhqirlərini bir yerə toplasan, o bəyənmədiyin radikal müxalifətçilərin
hamısının bir ildə dediyindən çoxdur. Yazılarında müxalifəti əbləh
adlandırmaqla cəmiyyətə guya barış, “yeni siyasi xətt” gətirəcəksən? Sənin
bu “dəyişək” nağıllarına, yalnız saxta təbəssümlə kabinetinin qapısını
kəsdirən o muzdlu dəstəkçilərin inanar! Sən dibçək liderisən! Sənin
siyasətin hansısa mənbələrdən aldığın pulların ömrü qədərdir.
Ən böyük uğurun, mükafatın və statusun deputatlıqdır. Bundan artığını
heç zaman görmək sənə nəsib olmayacaq. Sənin kimi birinin prezident
olması, hakimiyyətə gəlməsi heç vaxt mümkün deyil. Əgər belə mümkün
olmayan bir hadisə baş versə, bu təkcə Azərbayan üçün yox, həm də
insanlıq üçün fəlakət və misilsiz faciə olar. İnsan hüquqlarından,
qanunçuluqdan dəm vurursan, amma özün hər addımında bunun əksini
edirsən.
Ümid partiyasının ofisində hər bir otağa dinləmə qurğusu qoyub, öz müavinlərini dinləməyin hüquq pozuntusu deyilmi?
Partiyada fəaliyyət göstərən
əksər qadınların bir otaqda oturmasından istifadə edib onların özəl
danışıqlarını, şəxsi həyatlarını dinləyib, fakt toplamağın
qanunçuluqdurmu?
İclaslarda
müavinlərinə, partiya üzvlərinə əsib-coşaraq, onları hədələyərək kimin
nə danışdığını dinlədiyini dəfələrlə özün etiraf edirdin. Kimə
arxalandığını bilməsəm də, öz partiyasında bu qədər “juçok” yerləşdirmək
qabiliyyəti olan bir adamın, görün kənarda nə qədər belə açılmayan
əməlləri var. Texniki işçi təfəkküründə olan şəxslərə siyasi status
verib siyasi vitrin bəzəməklə deyil. O gözü qıpıq etdiyin bəzi sevimli
funksionerlərinə istənilən bir jurnalist yaxınlaşıb hansısa bir siyasi
soru sorsa, gözlərini döyəcəklər. Yanında müstəqil düşüncəli və özündən
ağıllı adam görəndə az qalırsan onu boğasan. Sən bu xarakterinləmi
hakimiyyət istəyirsən? Partiyanın hər bir qurumuna, MNTK-ya, Məclisə
yalnız özün təyinat aparmaqla, “demokratiya nümunəsi” yaratmısan.
Kabinetində təəsübünü çəkib, mətbuatda tənqid etdiyin iqtidarın və daim
lağa qoyub məsxərə etdiyin müxalifətçilərin partiyasında yüzlərlə
fədakar insan olduğu halda, sənin yanında maaş almayan heç bir nəfər də
səni dəstəkləmir. Özündən yaşda da, təcrübədə də böyük olan insanları
aldıqları 392 manata görə az qalırsan hər iclasda döyəsən. Mənə
şər, böhtan, təhqir yazmayanlara hədə-qorxu gəlirsən. Onları məcbur
edirsən ki, məni söysünlər. İ.Ağazadə, sən Azərbaycan tarixində bir ilkə
imza atan “qəhrəman” olacaqsan. “125-lər” ordunla, 392 manata görə
əmrlərinə müntəzir olanlarla və gizli dostlarınla, tək bir qadına qalib
gələn “sərkərdə” olacaqsan.
Mənə minnətdar ol ki, sənə “qəhrəmana” çevrilmək üçün tarixi fürsət
verdim. Mənə qarşı etdiyin haqsızlığa, bohtanlara görə peşmançılıq
çəkmədiyini və bəzi əxlaqsız adamlarını mənim üstümə qaldırdığın üçün
sənin cavabını vermək haqqımdan istifadə etdim. Bu mübarizəmin növbəti
mərhələsi hüquq müstəvisində davam etdiriləcək.” (azpolitika.info)
İqbal Ağzadənin mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=15075