Elşad Abdullayevə kim və nəyə görə nazir postu vəd edibmiş?
Məlum olduğu kimi, keçmiş ABU-nun sabiq rektoru Elşad
Abdullayev “can bir qəlb” dostu Elnur Məcidlinin statusunda yazdığı
“Amerikada, Avropada xırda bir sosial dəyişiklik etmək üçün ən azı on il
vaxt gedir. Bu işlərdə İlham Əliyevin rolu böyük olacaq. Bunu deməkdən
qorxmaq lazım deyil, ən böyük tənqidçi olsan belə”, fikirlərindən
qəzəblənərək musavat.com-un bu məsələ ilə bağlı sualına cavab vermişdi.
E.Abdullayev “Mənim tanıdıgım Elnur Məcidlinin bu bəyanatı başa düşüləsi
deyildir… Bu, onun görünən siyasi fəaliyyəti və təfəkkür tərzi ilə
daban-dabana ziddir. Biz saxta və qeyri-səmimi bəyanatları
dəstəkləmirik”, -demişdi… E.Abdullayev davamında həm də vaxtilə
çörəyini yediyi, vəzifəsindən və imtiyazlarından gen-bol bəhrələndiyi
Azərbaycan hakimiyyətinin də “bostanına daş atmış”, hakimiyyəti
ifşaedici ifadələrlə tənqid hədəfinə tuş etmişdi.
Nəhayət,
“Qeyd etmək istəyirəm ki, Elnur Məcidlinin mənəvi haqqı yoxdur ki,
İlham Əliyevi dəstəkləsin. Dəstəkləyirsə, bu işdə qaranlıq məqamlar
vardır, onun kecdiyi həyat yolu buna gətirib cıxarırıbdır”, deyərək daha
sərt mövqe bildirmişdi. E.Abdullayev daha sonra yazır: “…Sosial
şəbəkələrdə “11 mart – Böyük Xalq Günü” və “2 Aprel – Böyük Qəzəb Günü”
aksiyalarının təşkilatçılarından biri olan Elnur Məcidli barədə İnterpol
vasitəsilə axtarış elan olunmuşdu… Daxili İşlər Nazirliyinin mətbuat
xidmətindən Trend-ə Fransanın paytaxtı Parisdə yaşayan Elnur Məcidli
barəsində beynəlxalq axtarış elan edilməsi haqqında məlumat təsdiqlənib.
Onun barəsində dövlət əleyhinə açıq çağırışlar etmə maddəsi ilə cinayət
işi başlanıb. 1 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar)
maddəsi ilə Məcidli Elnur Abdulla oğlu barəsində cinayət işi başlanıb.
Elnur Məcidli barəsində Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib.
2011-ci il iyunun 2-də təqsirləndirilən Elnur Məcidli barəsində cinayət
işinin icraatının dayandırılması qərara alınıb. Azərbaycanın şanlı Hüquq
Mühafizə Orqanlarının “humanist” fəaliyyəti nəticəsində birdən-birə
dövlət cevrilişi etmək istəyən adamı əfv etməsi tərəflərin qarşılıqlı
öhdəliklər götürməsi ilə baglıdır. Bundan öncədə, mənimlə ünsiyyətdə
olan Fransada yaşayan siyasi mühacirlər – Mustafa Alnca, Əlheydər
Agayev, KQB-in kecmiş müstəntiqi Ramin Nağıyev də formaca müxtəlif
olsalar da, məzmunca eyni mahiyyətli müxalifət cilidinə girmiş gizli
polisin əməkdaşları idilər. Hazırda, Avropada jurnalist cildində həqiqi
demokratik fikirli siyasi mühacirlərə qarşı coxsaylı gizli polisin
agentləri yerləşdirilibdir”.
E.Abdullayevin məlum açıqlamasında, həmçinin MTN-nin keçmiş zabiti Ramin Nağıyev barədə də ittihamlar yer almışdır. Bu məsələ ilə bağlı “Təzadlar” qəzeti MTN-nin sabiq əməkdaşı
R.Nağıyevə müraciət edib. Ondan E.Abdullayevin “…KQB-in kecmiş
müstəntiqi Ramin Nağıyev də formaca müxtəlif olsalar da, məzmunca eyni
mahiyyətli müxalifət cilidinə girmiş gizli polisin əməkdaşları idilər.
Hazırda, Avropada jurnalist cildində həqiqi demokratik fikirli siyasi
mühacirlərə qarşı coxsaylı gizli polisin agentləri yerləşdirilibdir”,
ittihamına münasibətini soruşulub. R.Nağıyevin tezadlar.az saytında da yer alan cavabının Azərbaycan türkcəsində tərcüməsini diqqətinizə çatdırırıq: ” Mən Elşadın yazısını oxudum. Buna əhəmiyyət vermək lazım deyil. Elşad onun Fransada siyasi emiqrant statusu almasına mane olduğum üçün mənə qəzəblidir. O iki dəfə məhkəmə vasitəsi ilə buna nail olmaq istəyib və ikisində də rədd cavabı alıb. Eyni cavab Strasburq məhkəməsi tərəfindən də verilib. Təəssüf ki, onun Fransadan alınaraq Azərbaycana gətirilməsi mümkün olmadı, bu isə mənim günahım deyil. Sizin hökumətinizin bu işdə mənə köməklik etmək istəmədi. Mən bunun da səbəbini çox yaxşı bilirəm, bilirəm ki, Moskvada və Bakıda Elşadın arxasında kim dururdu, danışıqlarda kim vasitəçilik edirdi. Kim Ramiz Mehdiyevə qarşı kompramatlara görə ona nazir postu vəd etmişdi… Mən bütün bunları bilirəm və bunları mətbuatda dərc etmək də olardı. Amma mən bunu etmirəm, çünki mən öz ölkəmin və ölkəmdə hakimiyyətdə olanların düşməni deyiləm. Namiq Abbasovun vəzifədən alınmasından və təqaüdə göndərlməsindən sonra mən öz fəaliyyətimi dayandırmışam. Amma bu kimi suallar olarsa yenə də cavab verməyə hazıram..”
Short URL: http://www.cumhuriyyet.net/?p=15082