“Rusiya Azərbaycanı hədəf seçib”

09.01.2015 - 22:53

“Yeni ilin ilk günündə Avrasiya İttifaqı fəaliyyətinə başladı.
Ortaya çıxan suallar belədir. Bu, Vladimir Putinin Avropa Birliyinə
alternatividirmi? Yaxud bu, Kremlin əjdahasıdır? Suallar çoxdur, lakin
bu dəqiqdir ki, Avrasiya İttifaqı post-sovet məkanını yenidən bir çətir
altına toplamaq planıdır”.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” nəşri
yazıb:”Sovet İttifaqının dağılmasından sonra bu məkanda müstəqil ölkələr
yarandı. Lakin Moskva öz təsir imkanlarının bu əraziyə yaymaqda israrlı
olub. Avrasiya İttifaqı bir növ Moskvanın apardığı təsir siyasətinin
nəticəsidir.
Hazırda bu ittifaqa Rusiya, Belarus, Qazaxıstan, həmçinin, Ermənistan
daxildir. Qırğızıstanın ittifaqa girişi mayda gözlənilir. Eyni zamanda,
Tacikistan namizəddir. Lakin bu, Kremli qane etmir. Onlar ən azından
keçmiş sovet ölkələrindən onunu bu ittifaqa daxil etməyi ilkin hədəf
olaraq seçib”.
Nəşr Moskvanın hədəflərindən biri kimi Azərbaycanı göstərir: “Bu ölkə
Cənubi Qafqazın ən güclü respublikasıdır. Müstəqilliyi digər post-sovet
ölkələri kimi yenidir. Lakin neftdən əldə olunan gəlirlər rəsmi Bakıya
müstəqilliyini möhkəmləndirmək şansı verib. Bu gün Azərbaycan həm Avropa
Birliyi, həm də Rusiya ilə münasibətlərini məsafəli şəkildə normal
olaraq saxlamağa çalışır. Misal üçün, Ukrayna hadisələrində səbəb olan
Assosiativ Sazişi imzalamadı, buna paralel olaraq Ukraynanın ərazi
bütövlüyünə dəstək verdi.
Moskva Azərbaycanı öz ittifaqına daxil etməyi bacarsa, bu həm də Cənubi
Qafqazda hökmranlıq deməkdir. Zaman-zaman Kreml öz təzyiq rıçaqlarını
Bakıya doğru yönəldir. Lakin Bakı siyasətçiləri ağıllı davranır və iki
məngənə arasından sağ qurtulmağı bacarır.
Lakin Rusiya Ukraynadan sonra düşdüyü böhrandan sağ çıxarsa, növbəti
əsas hədəfi Cənubi Qafqaz olacaq. O zaman, rəsmi Bakının durumu
çətinləşəcək. Qərb bunu unutmamalı və Rusiyadan fərqli enerji mənbəsi
olan bu ölkəni qorumalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15125

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728