“The Guardian”dan Azərbaycana qarşı təxribat…

12.01.2015 - 13:27

 

Böyük Britaniyanın “The Guardian” qəzeti “2015-ci il tətilləri üçün
ən macəralı yerlər” başlıqlı məqalədə Azərbaycanın Ermənistan
tərəfindən işğal olunmuş ərazisi Dağlıq Qarabağı da qeyd edib. 

Məqalədə Dağlıq Qarabağ Azərbaycan tərəfindən “əhatə olunmuş”
dağlıq anklav, “1991-ci ildə müstəqilliyini elan etmiş” və Ermənistanın
nəzarətində olan ərazi kimi göstərilib.

“Sərhəd çəkişmələri və əraziyə nəzarət uğrunda gedən davamlı
mübarizə onu göstərir ki, bu səyahət qorxaqlar üçün deyil, lakin orada
təklif olunacaq çox şey var: dağ monastırları, arxeoloji abidələr, qədim
mağara kompleksləri və fərqli təbiət gözəlliyi. Bu əraziyə Yerevan
vasitəsilə səyahət edə bilərsiniz”, – deyə məqalədə bildirilib.

“The Guardian” oxuculara bu əraziyə səyahəti Böyük Britaniya
şirkəti olan “Regent Holidays” vasitəsilə gerçəkləşdirməyi təklif edib
və məqalədə şirkətin saytındakı “Dağlıq Qarabağa qrup turları”
proqramına keçid verib.

Şirkətin rəsmi saytında isə (regent-holidays.co.uk) Dağlıq Qarabağ
Ermənistan kateqoriyasında verilir, Azərbaycanın işğal altındakı
ərazilərinə Ermənistandan keçməklə tur xidmətləri təklif olunur. Qeyd
edək ki, həmin şirkət eyni zamanda Azərbaycana da turlar təşkil edir.

 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=15226

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930