Kəmaləddin Heydərovdan Avropa Məhkəməsinə şikayət

16.01.2015 - 02:11

2010- cu ilin yazında baş vermiş Kür- Araz daşqınlarından 4 ildən artıq zaman keçsə də hələ
də xeyli sayda insan baş vermiş fəlakətin yaratdığı problemlərdən qurtula bilməyib.
Daşqınların təsrinə məruz qalmış, bu günə qədər problemləri həll olunmayan daha
14 nəfərin Fövqəladə Hallar Nazirliyinə qarşı dəyən ziyanın ödənilməsi, fərdi
yaşayış evinin tikintisi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair şikayətinə
Ali Məhkəmədə baxılıb. Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçən məhkəmə
prosesində iddiaçılar, onların nümayəndəsi və FHN- nin təmsilçisi iştirak edib.

İddiaçılar məhkəməyə evlərinin qəzalı durumda
olmasına dair foto və video çəkilişlər, baxış aktı təqdim edərək Şirvan
İnzibati İqtisadi və Apellyasiya Məhkəməsinin qərarlarının ləğv edilərək
iddianın təmin olunmasına dair qərar çıxarılmasını xahiş ediblər. Amma qısa sürən
məhkəmədə hakimlər fasilə elan edərək müşavirə otağına gediblər. Məhkəmə zalına
qayıdan hakimlər kassasiya şikayətinin təmin olunmaması ilə bağlı qərar
çıxarıb. Qərarla razılaşmayan şikayətçilərlə hakimlər arasında fikir mühalikəməsi
və mübahisə olub. Evinin qəzalı olmasına dair məhkəməyə fotolar və disk təqdim
edən şikayətçilər “niyə obyektiv qərar çıxarmırsınız?” sualına hakim “Kür
daşqınları ilə bağlı dövlət öz üzərinə hər hansı öhdəlik götürməyib” cavabını verib. İddiaçılar hakimə dövlət başçsının 19
may 2010- cu il tarixli 908 saylı fərmanını və Nazirlər Kabinetinin 09 iyul 2010-
cu il 197s saylı sərəncamını xatırladaraq bu sənədlərin dövlətin fəlakətin təsirinə
məruz qalan vətəndaşlar qarşısında həm də öhdəlik yaratdığını bildiriblər.

İddiaçılar Ali Məhkəmənin qərarından Avropa İnsan
Haqları Məhkəməsinə (AİHM) şikayət verəcəklərini bildiriblər. Kür daşqınları ilə
bağlı bu günə qədər artıq xeyli sayda iddiaçı Azrbaycanda bütün məhkəmə
instansiyalarını keçərək AİHM- ə şikayət ediblər.

Xatırladaq ki, 2010- cu ildə baş vermiş Kür-
Araz daşqınlarının fəsadlarının aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən
420 milyon manat vəsait ayrılıb. Təmir, bərpa və tikinti işlərinin aparılması,
zərərçəkənlərə müvafiq kompensasiyaların verilməsi Fövqəladə Hallar Nazirliyinə
tapşırılıb. Vəsaitlərin xərclənməsində korrupsiya, ayrı- seçkilik, məmur
özbaşınalığı və s. kimi ciddi qanun pozuntuları qeydə alınıb. Dövlət
proqramından kənarda qalan sakinlərdən 119 nəfəri FHN-ə qarşı məhkəmə
iddiası qaldırıb. İddiaçıların hüquqları
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=15395

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728