Ziya Məmmədov qalmaqallı oğlunu deputat etdirmək istəyir
Nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovu deputat
görmək istəyir. Bu barədə Hakimiyyətdəki mənbələrdən istiqlal.az-a daxil
olan məlumata görə, Ziya Məmmədov bütün resurslarını işə salaraq
2015-ci ilin parlament seçkilərində mandat qazanmasına çalışacaq. Artıq
Anar Məmmədovun hansı dairədə namizəd olacağı da müəyyən edilib.
Mənbənin
məlumatına görə, nazir oğlu 89 saylı Göyçay-Ağdaş dairəsindən namizəd
olacaq. Məlumat üçün deyək ki, hazırda bu dairənin deputatı İqtisad
Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevdir. Məlumatda iddia
olunur ki, bu dəfəki seçkidə Şəmsəddin Hacıyevin 89 saylı Göyçay-Ağdaş
seçki dairəsindən hətta namizədliyini irəli sürməsinə imkan verilməyə
bilər. Həmçinin iddialara görə, deputatın rektor postundan alınmasında
da Ziya Məmmədovun böyük rolu olub. Nəqliyyat naziri ilə Şəmsəddin
Hacıyev arasında hansı ziddiyyətlərin olması barədə bilgimiz yoxdur.
Aydın olan odur ki, Ziya Məmmədov keçmiş rektoru bitirmək istəyir.
Məlumatda
o da qeyd olunur ki, mediada Anar Məmmədovla bağlı məlumatlara
həssaslıq da bundan qaynaqlanır. Qeyd edək ki, əvvəllər mediada
barəsində yazılanlara əhəmiyyət verən Anar Məmmədov son vaxtlar
haqqında dərc olunan məlumatlara operativ reaksiya verir. Bildirilir
ki, Ziya Məmmədov yaxın çevrəsinə bu məsələni daim diqqətdə saxlamağı
tapşırıb. Bundan əlavə artıq Ziya Məmmədovun da nəzarətində media var.
Həmin media qurumlarında Anar Məmmədov haqqında yazılanlara dərhal cavab
yazıları dərc olunması müşahidə olunur.
Lakin bütün bunlara
rəğmən Anar Məmmədovu Milli Məclisdə əyləşdirmək o qədər də asan deyil.
Çünki Anar Məmmədov bir sıra qalmaqallarla yadda qalıb. “Ayı qalmaqal”ı
yəqin ki, hər kəsin yadındadır. Bundan əlavə Türkiyənin nüzulu
nəşrlərindən olan “Hüriyyət” qəzeti nazir ğlunun adını qətldə
hallandırırdı. Güman ki, Anar Məmmədov parlament seçkilərinə qatılacağı
təqdirdə bu məsələlər yenidən gündəmə gətiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=15465