Derek Hoqan: “ABŞ prezidentlər səviyyəsində danışıqların bərpa olunmasını istəyir”
“ABŞ
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olaraq 2015-ci ildə də
hər iki tərəfi Dağlıq Qarabağ üzrə danışıqları davam etdirməyə dəvət
edəcək”.
sözlərinə görə, ilk növbədə iki ölkə prezidentlərinin, o cümlədən
xarici işlər nazirlərinin danışıqları davam etdirməsinə çalışılacaq:
“Prezidentlərin son görüşü keçən il Parisdə baş tutub. ABŞ istəyir ki,
prezidentlər səviyyəsində danışıqlar bərpa olunsun. Bunun üçün
danışıqların aparılacağı müddəalar, məsələlər müəyyənləşdirilməlidir ki,
həmsədrlər də hazırda bu məsələlər üzərində işləyirlər. Önəmli məqam
ondan ibarətdir ki, hər iki tərəf, eyni zamanda həmsədrlər münaqişənin
sülh yolu ilə həll edilməsinə diqqətlərini yönəldiblər və son dövrlər
təmas xəttində müşahidə olunan gərginliyin artmasında heç bir tərəf
maraqlı deyil”.
görüşlərindən əvvəl, həm də görüşlərindən sonra amerikalı həmsədr Ceyms
Uorlikin öz bəyanatlarında, sosial mediadakı yazılarında çox fəal
şəkildə iştirak etdiyini, öz fikirlərini bildirdiyini qeyd edib, bu
fəallığın 2015-ci ildə də davam etdiriləcəyinə inandığını bildirib.
“Amerika
Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert
Sekutanın Azərbaycana gəlişi ən yaxın zamanda baş tutacaq.”-deyə bəyanat verən D.Hoqan həmçinin bildirib ki, hələlik səfirin gəlişinin dəqiq tarixi məlum deyil:
“Mən ötən müddət ərzində səfir Robert Sekuta ilə bir sıra söhbətlər
aparmışam. O, çox tez bir zamanda Azərbaycana gələrək ölkələrimiz
arasındakı mövcud əlaqələrin daha da gücləndirilməsi və inkişaf
etdirilməsi işinə töhfə verməyi səbirsizliklə gözlədiyini deyir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15558