Sərdar Denktaş: “Azərbaycanla əlaqələrimizi hələlik arzu olunan səviyyəyə çıxara bilməmişik”

23.01.2015 - 11:29

Şimali
Kipr Türk Cümhuriyyəti baş nazirinin müavini, iqtisadiyyat, turizm,
mədəniyyət və idman naziri Sərdar Denktaşın APA-ya müsahibə verib.
 Turizm və mədəniyyət sahəsində Azərbaycanla münasibətiniz hansı səviyyədədir?


Hələ ki əlaqələri arzu etdiyimiz səviyyəyə çıxara bilməmişik. 2004-cü
ilin iyununda Azərbaycan tarixi addım ataraq Bakıdan Lefkoşaya
(Nikosiya) birbaşa təyyarə uçuşu həyata keçirdi. O vaxt Avropa Birliyi
tərəfindən Azərbaycana edilmiş təzyiqlərdən xəbərdar idik. Hazırda
Azərbaycanla münasibətləri mümkün dərəcədə inkişaf etdirmək üçün əhatəli
proqram hazırlamışıq. Ümid edirəm ki, proqramı həyata keçirməyə
başlayandan sonra Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycandan daha
çox turist, incəsənət xadimi, idmançı görə biləcəyik, iqtisadiyyat
sahəsindəki münasibətlərimiz yüksək səviyyəyə çıxacaq.

 Atanız, Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti, mərhum Rauf Denktaş həm də “erməni soyqırımı” böhtanlarına qarşı beynəlxalq miqyasda mübarizə aparan Tələt Paşa Komitəsinin qurucusu və başqanı idi. 28 yanvarda komitənin 200 üzvü Strasburqda aksiya keçirəcək. Bu barədə nə deyə bilərsiniz?

 –
Tələt Paşa Komitəsi Türkiyənin çox önəmli düşüncə qurumu, mübarizəsini
obyektiv elmi zəmində aparan bir təşkilatdır. Mərhum prezidentimiz Tələt
Paşa Komitəsinin fəaliyyətinə çox həssaslıqla yanaşırdı. İlk addımı 23
iyul 2005-də Lozanda birlikdə atmışdılar. Ona görə də şübhə etmirəm ki,
sağ olsaydı, Avropa İnsan Haqları Məhkəməsinin 28 yanvardakı qərar
iclasını izləmək üçün prezidentimiz Strasburqa gedərdi.

– Rum (yunan) tərəfi ilə müzakirələr ənənəvi şəkildə başlayır, sonra irəliləyiş olmadan tıxanır. İndiki vəziyyət barədə nə demək olar?

 –
Rum tərəfi yenə də masanı tərk edib. Biz müzakirələri həmişə səbrlə
yürütmüşük, bu dəfə də səbrli hərəkət edirik. Bizim çizgimiz bəllidir:
hər iki tərəfin hüquqlarını qoruyacaq bir zəmində məsələni həll etmək.
Əgər müzakirələrdən bu dəfə də nəticə hasil olmazsa, onda yeganə yol
kimi adada 2 müstəqil dövlətdən ibarət formulu həyata keçirmək qalır.
Biz mövqeyimizin haqlı olduğuna inandığımıza görə, təmkinli hərəkət
edirik.

Short URL: http://www.cumhuriyyet.net/?p=15648

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728