Londondan Bakıya sərt tələb
Britaniya deputatları hökuməti Azərbaycan iqtidarına qarşı qəti addımlar atmağa çağırdı
Böyük Britaniya parlamentinin Aşağl Palatasının bir
qrup deputatı Azərbaycan hakimiyyətinin apardığı repressiya siyasətini
pisləyən sənəd qəbul edib. Sənədi Böyük Britaniya parlamentində təmsil
olunan həm iqtidar, həm də müxalifət partiyalarının təmsilçiləri
imzalayıblar.
Sənəddə deyilir: “Böyük Britaniya parlamentinin
Aşağı Palatası olaraq biz Azərbaycan hakimiyyətinin geniş miqyaslı
repressiyalarını pisləyirik. Son aylar ərzində müstəqil jurnalistlərin
və insan haqları müdafiəçilərinin siyasi motivlərlə həbsi geniş miqyas
alıb. Azərbaycan hakimiyyətindən dərhal və heç bir şərt qoymadan Xədicə
İsmayılova, Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, Anar
Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb
edirik.
Siyasi məhbuslara, o cümlədən Leyla Yunusa qarşı olan işgəncələr bizi dəhşətə gətirir.
Açıq-aşkar görünür ki, Azərbaycan hakimiyyəti
müxalif düşüncəli insanları tamamilə sıradan çıxarmağa çalışır. Çox
ciddi narahatçılıq doğuran faktlardan biri də “Azadlıq” radiosunun Bakı
ofisinin bağlanmasıdır. Hesab edirik ki, Böyük Britaniya hökuməti
Azərbaycanda gedən repressiyalarla bağlı ciddi addımlar atmalıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15675