Amerikalı ekspert: “Obama Azərbaycanı ABŞ-dan şübhələnməyə vadar etdi”

27.01.2015 - 13:22

ABŞ prezidenti öz ölkəsinin vətəndaşları arasında
etibarını itirdikdə, bu, bir qayda olaraq, yeni prezidentin gəlişi ilə
bərpa olunur. Lakin beynəlxalq miqyasda itirilmiş nüfuz və etibarın
bərpası on illərlə zaman tələb edə bilər. Pentaqonun Yaxın Şərq üzrə
sabiq müşaviri, Amerika Sahibkarlar İnstitutunun eksperti Maykl Rubin
belə hesab edir.

Rubin bu gün “Trend”-ə deyib: “Təəssüf ki, məhz Obamanın Rusiyaya
laqeyd münasibəti öz növbəsində bu ölkənin cəsarətləndirdi və ABŞ-ın
Baltikyanı, Azərbaycan və Polşa kimi müttəfiqləri Amerikaya şübhə etməyə
başladılar”.

Onun sözlərinə görə, ABŞ-ın növbəti prezidentinin başlıca
prioritetlərindən biri müttəfiqlərin və tərəfdaşların ölkəyə etimadının
bərpası olacaq: “ABŞ Azərbaycanın simasında müttəfiqlərinə sübut
etməlidir ki, biz onları Rusiyanın Ermənistan kimi “müvəkkil
şəxsləri”nin təhdid və təcavüzlərindən müdafiə edirik”.

Son vaxtlar ABŞ Dövlət Departamentinin rəsmi orqanı hesab edilən
“Vaşinqton Post” qəzeti başda olmaqla, bir sıra Qərb KİV-də Azərbaycanla
bağlı tərəfdaşlıq anlayışı ilə heç cür uyğun gəlməyən, adi etik
çərçivələrdən kənara çıxan qeyri-obyektiv materialların sayı durmadan
artır. ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Human Rigts Watch”,
“Freedom House” kimi təşkilatlardan Azərbaycana təzyiq vasitə kimi
istifadə olunur. Təkcə Amerika mediası və təşkilatları deyil, Avropanın
bəzi vətəndaş cəmiyyəti institutları və media orqanları da Azərbaycana
qarşı əsl səlib yürüşünə təhrik edilirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=15840

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728