Əli Həsənov: “Yəhudi lobbisi Vaşinqtonda bizə kömək edir”

27.01.2015 - 13:32

Azərbaycan İsraili “olduqca mühüm” müttəfiq və strateji tərəfdaş hesab edir.

Virtualaz.org  xəbər verir ki, bu barədə
Prezident Administrasiyasının rəhbərinin müavini Əli Həsənov Bakıda
səfərdə olan İsrail nümayəndə heyəti ilə görüşdə deyib.

Məlumatı İsrailin “The Jerusalem Post” qəzeti yayıb. Qəzet Əli
Həsənovun İsrailin Akko şəhərinin meri Şimon Lankri ilə onun Bakıya
yanvarın 26-da baş tutmuş səfəri zamanı keçirdiyi görüşdən sitatlar
gətirir.

Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, İranla qonşu
olan dünyəvi müsəlman ölkəsinin İsraillə münasibətləri “təzyiqlərə
baxmayaraq” inkişaf edəcək və çiçəklənəcək.

“Bizim bütün ölkələrlə qarşılıqlı maraqlara söykənən münasibətlərimiz
var, o cümlədən bir-biri ilə rəqib olan ölkələrlə” – Ə.Həsənov deyib.

Azərbaycan rəsmisi buna misal olaraq Bakının Rusiya və ABŞ-la
münasibətlərini, həmçinin İran, Türkiyə və İsraillə tərəfdaşlığını
göstərib. Ə.Həsənov deyib ki, o, yanvarın əvvəllərində prezident İlham
Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə müşayiət
edib, ancaq bir dəfə də bunun şahidi olmayıb ki, Türkiyədən kimsə
Azərbaycanın İsraillə sürətlə inkişaf edən münasibətlərinin soyumasını,
yaxud kəsilməsini xahiş etsin.

Qəzet qeyd edir ki, İsrail idxal etdiyi neftin 40 faizini
Azərbaycandan alır. Eyni zamanda ölkənin çoğrafi mövqeləri onun İsrail
üçün nə dərəcədə mühüm olduğunu göstərir.

Ə.Həsənov deyib ki, İsrailin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli
ölkə olmasının səbəblərindən biri də onun Yaxın Şərqin çox mühüm dövləti
olması və qabaqcıl texnologiyalara malik olmasıdır.

Bundan əlavə, Prezident Administrasiyası rəhbərinin müavinin
sözlərinə görə, İsraillə yaxşı münasibətlər Azərbaycana Vaşinqtonda
kömək edir. Belə ki, Amerika paytaxtında fəaliyyət göstərən yəhudi
qrupları və İsrail liderləri amerikalı həmkarları ilə Azərbaycana dair
çoxlu diskussiyalar aparırlar.

Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq
münasibətlərinə malikdir. Ə.Həsənov Azərbaycanın İslam Konfransı
Təşkilatına üzv olan müsəlman ölkəsi kimi eyni zamanda İsraillə yaxın
münasibətlərə malik olmasını başqa müsəlman ölkələri üçün nümunə hesab
edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15842

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728