“Washington Post” hakimiyyətin lobbiçilərini ifşa etdi
Yanvarın 29-da “Washington Times”-ın çap versiyası Azərbaycana
xüsusi bir səhifə ayırıb: “Azərbaycan: Müstəqilliyin bərpasından 25 il
sonra, ABŞ-ın çiçəklənən müttəfiqi” adlanan bölümündəki məqalələrdə
Azərbaycanın ABŞ üçün əhəmiyyəti, ona dəstəyin vacibliyi vurğulanıb.
Yazılardan bəziləri konqresmenlərin imzasıyla dərc olunub. “Washington Post” qəzetində Erik Wemple yazır ki, bölümün altında
reklam departamenti sözlərini oxuyub, bunun bir marketinq məsələsi
olduğunu anlayırsan. Yoxsa Washington Times-ın xəbər və şərh bölmələri
Azərbaycanla bağlı reklam verməzdi axı.
Amerika və azad dünya üçün niyə vacibdir” başlıqlı yazının son bazasında
oxuyuruq: “Azərbaycanın sürətli dirçəlişi liderlərinin, xalqının və Birləşmiş
Ştatlarla güclü tərəfdaşlığının olduğunu təsdiqləyir. Amerika və
Azərbaycan bizim getdikcə artan ümumi dəyər və məqsədlərimizlə üz-üzə
dayanır. Bu arada ABŞ rəsmiləri onları dini dözümlülük, azadlıq və
demokratiyaya tam sadiq qaldıqlarına görə təbrik etməlidir. Amerika və
dünyanın qalan hissəsinə Azərbaycan kimi çox dostlar lazımdır”.
göstərilir ki, ABŞ Nümayəndələr Palatasının İndianadan olan keçmiş
üzvüdür. Müəllif yazır ki, deyəsən Burton-nun daha bir vəzifəsini göstərməyə yer
çatmayıb. O, həm də Azərbaycan Amerika Alyansının sədridir.
“Azərbaycan çərşənbə axşamı İlham Əliyevi tənqid edən bir jurnalistin
həbs qətimkan tədbirini uzadıb. Bu jurnalist AzadlıqRadiosunun əməkdaşı
Xədicə İsmayılovadır”. Xəbəri Reuters yayıb. İsmayılovanın həbs
müddətinin uzadılmasını ATƏT, Jurnalistləri Müdafiə Komitəsi (CPJ)
pisləyib. Xədicənin dostu və Nyu York Dövlət Universitetinin professoru Rosemary
Armao Burton-un yazısı ilə əlaqədar Washington Times-a məktub yazıb.
“Amerikanın köməyi demokratiyanın, azadlığın və Azərbaycan xalqının
yanında durmaq olardı. Bu kömək islahatlar, daha çox şəffaflıq və Xədicə
İsmayılovanın dərhal azadlığa buraxılmasına göstərilməlidir. Belə bir
saxta və aldadıcı köşəyə görə utanın, Respublikaçı Burton,” Armao yazır.
Armao İsmayılova ilə OCCRP araşdırmaçı jurnalistika layihəsində
işləyib.
Solomon isə bildirir ki, Burton-un Azərbaycan Amerika Alyansında
vəzifəsini qeyd etməmək səhv ucbatından baş verib. “Mənim səhvimdir,”
Solomon deyir. Ancaq o, Burton-un Azərbaycanın Birləşmiş Ştatlarla
münasibətinə dair “təlim keçməsində” elə bir qəbahət də görmür. Washington Times yazıya düzəlişdə Burtonun alyansla bağlılığını əlavə edib.
Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Alyansın ABŞ-da verdiyi
ziyafətlərə bəzən məhz Dan Burton ev sahibliyi edir. (azadliq.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=15939