“Nazirliyin üçüncü adamı” işdən çıxarıldı

12.04.2014 - 09:42

Kənd Təsərrüfatı Nazirliyində Ismət Abbasovun adamlarının sayı azaldılır

 

Kənd Təsərrüfatı Nazirliyində Ismət Abbasovun adamlarının sayı azaldılır
 

Kənd təsərrüfati naziri Heydər Əsədov keçmiş nazir Ismət Abbasovun
daha bir kadrını işdən çıxarıb. Nazirin əmrinə əsasən Iqtisadiyyat və
maliyyə şöbəsinin müdiri Rafiq Neymətulla oğlu Məcidov vəzifəsindən
kənarlaşdırılıb. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Virtualaz.org-un məlumatına görə, qurumda “nazirliyin üçüncü adamı”
sayılan Məcidovun işdən çıxarılması təqaüd yaşına çatması ilə
əlaqələndirilir. Şöbə müdiri yola salınarkən ona bir aylıq əməkhaqqı
məbləğində mükafat təqdim edilib.

Onu da bildirək ki, Heydər Əsədov nazir təyin ediləndən sonra bir
neçə aparıcı köhnə kadrı işdən çıxarıb. Məsələn, martın 17-də
Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar
şöbəsinin müdiri Çingiz Fərəcov və Bitkiçilik məhsullarının istehsalı,
emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri
Sabir Vəliyev də vəzifədən azad ediliblər. Ismət Abbasovun kadrlarının
vurulması nəyin görsənişidir?

Iqtisadçı-ekspert Vahid Məhərrəmovun fikrincə işdən
çıxarılan işçilərin bəziləri artıq öz dövrünü yaşayıb: “Bəziləri 65
yaşdan yuxarı kadrlar idi ki, uzun müddət Kənd Təsərrüfatı Nazirliyində
işləyirlər. Işlədikləri sahədə hər hansı bir fəaliyyətləri
nəzərəçarpacaq dərəcədə deyildi. Bu, müavinlərə də aiddir. Nazirlikdə
işlədikləri müddətdə onların fəaliyyəti haqqında nəsə demək mümkün
deyil. Heydər Əsədov Hesablama Palatasının rəhbəri olduğu zaman Kənd
Təsərrüfatı Nazirliyində bir neçə səbəbdən yoxlamalar aparıb. Həmin
dövrdə çox ciddi mənimsəmə faktları aşkar etmişdilər. Texnikanın,
gübrələrin, xaricdən gətirilən cins mal-qaranın verilməsi, toxumçuluqla
məşğul olan fermerlərə subsidiyaların ayrılması, ümumiyyətlə, əkin
sahələrinə görə subsidiyaların verilməsi və s. O sahəyə ayrılan
vəsaitlərin bölüşüdürülməsində bu kadrların da müəyyən rolu olub. Bu
baxımdan o kadrları yeniləməyə ehtiyac var”. 

Vahid Məhərrəmov nazirlikdə dəyişikliklərin olacağını istisna etmir:
“Nazirlikdə agentlik var ki, dövlət büdcəsi hesabına kənd təsərrüfatına
kredit verir. Ola bilsin orada da hər hansı dəyişikliklər olsun. Kimin
kadrı olub-olmasından asılı olmayaraq üzərlərinə düşən vəzifəni yerinə
yetirə bilmirlərsə, dəyişdirilməlidirlər. Kimə qarşı qərəzli mövqe
tuturlarsa, Ismət Abbasovun, ya da əvvəlki nazirin kadrı olduğuna görə,
bu, ədalətsizlikdir. Ancaq düşünürəm ki, belə faktlar yoxdur”.

 

Azadliq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=16029

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728