“Bunların imicinizi heç fələk də təmizləyə bilməz”

12.04.2014 - 11:37

Əli Kərimli hakimiyyətin beynəlxalq aləmdə necə rüsvay olmağından yazdı

 

AXCP sədri Əli Kərimli son günlər ölkədə baş verənlər, o cümlədən
benzinin qiymətinin artması, Avstriyada Azərbaycanla bağlı rüşvət
məhkəməsində nazirlər Ramil Usubov və Eldar Mahmudov, həmçinin Mərkəzi
Bankın sədri Elman Rüstəmovun dindirilməsi tələbinin irəli sürülməsilə
bağlı fikirlərini bölüşüb. Əli Kərimli “facebook” səhifəsində yazır:

“Başa düşdük ki, xalqımızı avam və sadəlövh sayırlar. Hesab edirlər
ki, benzinin qiymətini 4 ayda üst-üstə 2 dəfəyə yaxın qaldırıb,
pensiyaları da 1 manat 30 qəpik artırmağın necə anti-xalq siyasəti
olduğunu bizim camaat başa düşməyəcək. Bəs dünyanı, beynəlxalq
ictimaiyyəti niyə avam sayırlar?

İlham Əliyevin Dubayda aldığı villalar, Panamadakı offşor şirkətlər,
ölkədən çıxarılan 48 milyard dollarlıq vəsait, Çovdar qızıl
yataqlarından tutmuş, Masazırdakı duz gölünə qədər ölkənin bütün
sərvətlərinə ailə şirkətləri vasitəsilə yiyələnməsi çoxdan dünyanın
bildiyi məsələlərdir.

Beynəlxalq boks turnirində qızıl medallar, “Eurovision” yarışmasında
yüksək səs üçün təşkilatçı və iştirakçılara təklif olunan rüşvətlərin də
üstü dəlil-sübutlarla açılıb.

Fransa məhkəməsi Əliyevlərin naziri Kəmaləddin Heydərovu ailənin
başqa bir üzvü Sevil Əliyeva üçün qanunsuz xərcləmələr etdiyinə görə 50
min avro cərimələyib; bunların sevimli iş adamlarından olan Hafiz
Məmmədov fransalı jurnalistlərə rüşvət verdiyinə və ümumiyyətlə, Fransa
futboluna yatırdığı pulların çirkli, qaranlıq mənbəyinə görə xarici
medianın təhqiqat obyektinə çevrilib.

Ölkədəki siyasi məhbusların bitməz siyahısı, azad mətbuata qarşı
dayanmayan təzyiqlər, ATƏT, Avropa Birliyi, ABŞ səviyyəsində təsdiqlənən
seçki saxtakarlıqları da öz yerində…

Bütün bunlardan sonra İlham Əliyev hökuməti hesab edir ki,
“xruşşovka”lara bahalı üzlük daş yapışdırıb gecə-gündüz işıqlandıranda,
Qəbələdə klassik musiqi festivalı keçirib iştirakçılarını da,
dinləyicilərini də xaricdən gətirəndə, müxtəlif idman yarışlarının
keçirilməsinə milyardlar xərcləyəndə imici düzələcək; bunlara daha
“seçki saxtakarı”, “korrupsioner”, “mətbuat yırtıcısı” deməyəcəklər,
əksinə, mədəni, sivil birisi kimi baxacaqlar.

Siz xam xəyalınızda olun. Növbəti “maska düşürmə” əməliyyatı
Avstriyadan gəldi. Avstriya məhkəməsi Suriya hökumətinin təmsilçiləri
ilə birlikdə Azərbaycan hakimiyyətinin üç mühüm fiqurunu rüşvət işi üzrə
dindirməyə hazırlaşır. Manatımızın çapı zamanı Azərbaycan hakimiyyət
təmsilçilərinin Panamadakı şirkət vasitəsilə aldığı 14 milyon avro
rüşvəti araşdıracaqlar. Bu da sizə soyuq duş. Sizin imicinizi hansısa
lobbi şirkəti, fasad dəyişmə əməliyyatı yox, artıq heç fələk də
təmizləyə bilməz.

Bu xalqın böyük bir hissəsi dolana bilmir. Onun milyardlarını mənasız, gözə kül üfürmə layihələrinə xərcləməyin!”

Short URL: http://www.cumhuriyyet.net/?p=16030

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728