"Azərbaycan üçün çox ciddi problemlər gözlənilir"
“Hakimiyyət seçim etməlidir, seçim olmasa, Rusiyaya üstünlük verilsə, Ukraynadakı proseslər burda da baş verəcək”

hadisələrindən daha bir il keçdi. Həmin günləri o zaman Milli Məclisin
ən aktiv deputatı olan İbrahim İbrahimli ilə birgə xatırladıq. Həm də bu
gün Ukraynada baş verənlərlə Azərbaycanın 21 il öncəki durumu arasında
paralellik apardıq. Maraqlı analitik təhlillərə malik olan müsahibimiz
hakimiyyətə ünvanlı mesaj və çağırışları da oldu.
İbrahim bəy, 21 il öncə Azərbaycanda baş verən hadisələrlə bağlı indi
nə düşünürsünüz? Yoxsa daha o barədə düşünmək belə istəmirsiniz?
Əslində zaman keçdikcə, təbii ki, hadisələrin siyasi mənzərəsi də
aydınlaşır. Verilən qiymət dəyişməsə də, indi hadisələrin obyektiv
izahı, təhlili baxımından daha doğru-düzgün nəticələr çıxartmaq
mümkündür. Amma o zaman hərbi qiyam baş vermişdi və bunun obyektiv, həm
də subyektiv səbəbləri var idi.
obyektiv səbəblərlə bağlı idi. Yəni Azərbaycan artıq öz yerini və
mövqeyini möhkəmlətməyə başlayırdı. Qısa müddətdə rus qoşunlarının
Azərbaycanı tərk etməsi və Azərbaycan Demokratik Cümhuriyyətinin bütün
atributlarının bərpa olunması, milli valyutanın dövriyyəyə buraxılması,
səhiyyədə, təhsildə ciddi islahatların aparılması, xüsusilə ilk dəfə
olaraq MDB məkanında test sistemi ilə təhsil sistemində inqilabi
dəyişikliyin əsasının qoyulması fakta çevrildi. Ən başlıcası, neftlə,
iqtisadi məsələlərlə bağlı Avropa ilə aparılan danışıqlar, Azərbaycanın
siyasi, strateji kursunun dəqiq seçilməsi, Avrointeqrasiya yönümlü
kursun qəbul edilməsi, nəhayət, siyasi, ardınca iqtisadi islahatların
aparılması, neft müqavilələri ilə bağlı böyük bir layihənin hazırlanması
və ekspertizadan keçirilməsi, həmçinin Qarabağ müharibəsində böyük
uğurların əldə edilməsi, Tetçerin Azərbaycana səfəri milli hakimiyyətin
mövqeyinin bir qədər də güclənməsindən xəbər verirdi. Hərbi qiyam baş
verməsəydi, 14 iyunda böyük bir nümayəndə heyəti İngiltərəyə səfər
edəcəkdi və neft müqavilələri imzalanacaqdı. Azərbaycan elə bir həssas
coğrafi məkanda yerləşirdi ki, burada geosiyasi maraqların kəsişməsi
özünün kulminasiya həddinə çatmışdı. Xüsusilə də Rusiya bilirdi ki, neft
müqavilələrinin bağlanmasından sonra Azərbaycan artıq onun nəzarətindən
çıxacaq və iqtisadi cəhətdən Avropanın maraqları burada təmin olunacaq.
O baxımdan Rusiya bütün ciddi-cəhdlə bu proseslərin qarşısını almaq
üçün fəaliyyətə keçdi. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı ilə
bağlı böyük bir böhran yaşandı. Amma ozamankı milli hakimiyyət özünü
toparlayıb bu vəziyyətdən çıxa bildi. Həmin dövrdə Şerbakın bir ifadəsi
oldu ki, Azərbaycan milli hakimiyyəti Kəlbəcərin işğalından sonra
vəziyyətdən çıxmağı bacardısa, növbəti mərhələdə vəziyyətdən çıxa
bilməyəcək.
idi. Rusiyanın burdakı nümayəndələri və təsir agentləri, “beşinci
kolon”u vasitəsilə hərbi qiyamın siyasiləşməsi və o zamankı siyasi
müxalifətin hərbi qiyamçıların mövqeyini dəstəkləməsi, hərbi qiyamla
siyasi qiyamın üst-üstə düşməsi Azərbaycanda hakimiyyətin taleyini həll
etdi.
Bu gün də Rusiya, “beşinci kolon” təhlükəsi, Avropa və Moskva arasında
seçim məsələsi ortadadır və 1993-cü ildəki proseslərin bənzəri müşahidə
olunmaqdadır. İstiqlalçı deputat olaraq sizin indiki situasiyada
narahatlığınız hara qədərdir? Bu dəfə tək hakimiyyətin deyil,
Azərbaycanın itirilməsi təhlükəsi varmı?
Təbii ki, Rusiya əvvəlki SSRİ deyil. Rusiyanın imkanları, potensialı
neft-qaz ixracatının hesabına artıb. Amma Rusiyanın yalnız ixracat
ölkəsinə çevrilməsi 20 il müddətində əldə edilən kapitalın hesabına bu
ölkədə ciddi dəyişikliklər, iqtisadi və siyasi islahatlar aparılmayıb.
Yəni Rusiya, necə ki, 20 il bundan əvvəl ixracatçı ölkə idi, indi də
Rusiya Qərb üçün xammal mənbəyi kimi yerində qalıb. Təbii ki, Rusiyanın
bu müddət ərzində sənaye kompleksi də irəli getməyib, əksinə, zəifləyib.
O baxımdan Rusiya təhlükəsi kifayət qədər şişirdilir, qabardılır. Bu,
Putinin blefindən başqa bir şey deyil. Ukraynada baş verən hadisələrin
ardınca Qərbin iki mərhələli fazada iqtisadi sanksiyaları tətbiq
etməsindən sonra Rusiyanın iqtisadiyyatında ciddi krizisin yaranması
müşahidə olundu və Moskva ehtiyat edib geri çəkildi. Mən belə hesab
edirəm ki, Rusiyanın Krımı işğal etməsi də onun gücündən irəli gəlmirdi.
Sadəcə, Rusiya şimala çıxışı olan Baltik dənizini itirmişdi. Ukraynanın
Avropa Birliyinə, NATO-ya daxil olması Rusiyanın Qara dənizə çıxışını
da bağlayardı. Ona görə də Krım Rusiya üçün “olmazsa, olmaz” statusuna
gəldi. Ukrayna Krımı qaytarmağa nail olacaq. O zaman Rusiya hərbi limanı
əldə saxlamaqla Krımdan bazarlıq kimi istifadə edəcək.
Rusiyanın, ümumiyyətlə, bu regiona yönəlik təhlükələri sovuşub. Rusiya
Ukraynada məğlub oldu. Hətta seçkilərin qarşısını ala, ikinci tura
keçirə bilmədi, Avromaydan öz qələbəsini legitimləşdirdi. Seçkilərin baş
tutması, təbii ki, Rusiyanın əlindəki bir arqumenti vurub çıxardı. Necə
ki, Rusiya dəfələrlə bəyan edirdi ki, Ukrayna hakimiyyəti
qeyri-legitimdir. Ukrayna bu seçkiləri Poroişenko timsalında udmaqla
artıq məsələni yüzdə əlli faiz həll etdi. Xalqın mandat verdiyi
Poroşenko seçkilərdən sonra ilk çıxışında Krımın qaytarılması məsələsini
özünün və Ukraynanın prioriteti kimi elan etdi. Yəni Rusiya artıq bu
prosesdə uduzdu. Bu, postsovet məkanında postsovet mərhələsinin başa
çatması deməkdir. Bundan sonra artıq Rusiyanın Moldova, yaxud
Azərbaycana və Gürcüstana təsir rıçaqları neytrallaşdırılacaq. İyunun
27-də Avropa Birliyi ilə Assosiasiya sazişini imzalanandan sonra
proseslər yeni mərhələyə qədəm qoyacaq. Təbii ki, hədəfdə Azərbaycan
olacaq. Rusiya Azərbaycanı itirmək istəmir. Azərbaycan Avropa bazarında
alternativə çevrilir, onun önəmi artır. Bu baxımdan Rusiyanın
Azərbaycana diqqəti artıb və son dövrlərdə Rusiya diplomatlarının
ardıcıl səfərləri, xüsusilə də Lavrovun gözlənilən səfəri Azərbaycanın
Avropanın, Qərbin, həm də Rusiyanın maraq dairəsində bir çarpazlaşmış
nöqtəyə çevrildiyini göstərir. Bu, onunla bağlıdır ki, Azərbaycan seçim
etmək istəmir. Belə bir vəziyyətdə isə Bakı öz strateji seçimini
etməlidir.
Bəlkə də indiyə qədər yeridilən balanslı siyasət Azərbaycan kimi kiçik,
qaz-neft ixrac edən ölkə üçün risklərin azalmasına səbəb olurdu. Amma
nəzərə almaq lazımdır ki, balanslı siyasət konyunktura üzərində
qurulanda o təhlükələr nəinki azalır, bir qədər də artır. Regionda,
postsovet məkanında proseslərin dinamikası yüksəlib və yüksələn
dinamikaya uyğun olaraq da siyasi konyunktura sürətlə dəyişir.
Azərbaycan hakimiyyətinin 20 ildə yeritdiyi siyasət isə siyasi
konyunktura üzərində qurulub və özünün hakimiyyət maraqlarını təmin
etməyə yönəlib. Azərbaycan hakimiyyəti Amerika, Avropa, Rusiya
müstəvisində manevr edə-edə özünün hakimiyyət maraqlarını təmin edib.
Ötən il rəsmilərimiz ABŞ-a səfərləri zamanı Azərbaycanın şimal və cənub
arasında qalıb əzilməsindən dolayı təbliğat aparırdılar. Amma bu
təbliğat effekt vermədi. Ona görə ki, Avropa, Qərb Azərbaycana seçim
etməyi təklif edir. Artıq iki geosiyasi vektor yaranıb: bir tərəfdə
Rusiya, digər tərəfdə Qərb. Bu vektorlar arasında seçim etmək lazımdır.
2007-ci ildə Azərbaycan hakimiyyəti özünün milli təhlükəsizlik
konsepsiyasını qəbul edib. Azərbaycanın Avroatlantik məkana
inteqrasiyasını əsas hədəflərdən biri kimi həmin milli təhlükəsizlik
platformasında təsbit etmişdi. Amma uzun müddət keçib, ancaq sənəddə
təsbit etdiyini reallaşdırmaq, seçim etmək istəmir, tərəddüd edir, sanki
ortada boz bir geosiyasi zonada qalıb. Bu da Azərbaycanın çarpaz təzyiq
altına düşməsinə rəvac verir.
Azərbaycanın belə mövqe seçməyi isə Qərblə, xüsusilə əsasən 27 iyunda
imzalanacaq assosiativ sazişlə bağlıdır. Azərbaycandan Azad Ticarət
sazişini imzalamaq tələb olunur. Ancaq Bakı bu sazişi imzalamağa hazır
deyil. Təsəvvür edin ki, bu sənəd imzalanarsa, Azərbaycan bazarı
monopolistlərin, inhisarçıların əlindən çıxa bilər. Eyni zamanda
Azərbaycan Gömrük İttifaqına da daxil olsa, artıq iqtisadi hakimiyyətini
itirmiş olar. Bu baxımdan rəsmi Bakı nə Gömrük İttifaqına, nə də Azad
Ticarət zonasına daxil olmağa can atır, çünki hakimiyyət maraqlarını
gözləyir. Azərbaycan iyunun 27-də sazişə imza atmayacaq və növbəti
mərhələdə, 2015-ci ilin mart ayında isə Avropa Birliyinin yeni, Praqa
sammiti başlayacaq. Məncə, Azərbaycan o sammitdə problemlər yaşayacaq.
Çünki GUAM-dan assosiativ sazişi imzalamayan təkcə Azərbaycan olacaq. O
mənada Azərbaycan üçün çox ciddi problemlər gözlənilir. Siyasi cəhətdən
Rusiya, iqtisadi cəhətdən Qərbə bağlı olan Azərbaycan hakimiyyəti seçim
etməlidir. Əks təqdirdə ona təzyiqlər artacaq. Təzyiqlərin artmasının
səbəblərindən biri də odur ki, artıq Qərb Azərbaycan müxalifəti ilə
görüşməyə başlayıb. Bu, yeni bir tendensiyadır. Fransa prezidentinin
Azərbaycana səfəri və hakimiyyətlə, eyni zamanda müxalifətlə görüşməsi
hakimiyyətə mesajdır. Artıq müxalifətə beynəlxalq təşkilatların, Avropa
Birliyinin, Amerikanın bu cür isti münasibətinin yaranması təbii ki,
hakimiyyətə çox ciddi mesajlarla bağlıdır. Yəni ABŞ səfirinin dediyi ki,
əgər Azərbaycan seçim etməyəcəksə, avtoritar cəbhəni, qapalı rejim olan
Rusiyanı seçəcəksə, o zaman Azərbaycanda istər-istəməz Ukraynada baş
verən proseslər burda da baş verəcək.
Siz Azərbaycandakı vəziyyətə elə də pessimist yanaşmayın. Ukraynada
sosioloji sorğuda meydana gələnlərin yalnız 20 faizi hakimiyyət
dəyişikliyi tərəfdarı idi. Meydanda insanların öldürülməsindən sonra isə
vəziyyət dəyişdi və xalq meydana həm müxalifəti gətirdi, həm də Qərbi
məcbur etdi ki, proseslərə müdaxilə etsin. Azərbaycan xalqının
potensialı Ukrayna xalqının potensialından zəif deyil. Necə ki, Azadlıq
meydanında 25 il əvvəl 1 milyona yaxın insan çıxıb. Azərbaycan xalqının
meydan hərəkatından dolayı bir təcrübəsi var. İstənilən zaman o
potensial üzə çıxacaq və özünü göstərəcək. Xalqla hakimiyyət arasında
dərin bir uçurum yaranıb. Artıq 2013-cü il seçkiləri də göstərdi ki,
xalqın seçkiyə olan inamı tam sarsılıb. Eyni zamanda xalqın içərisində
bir qəzəb yığışır, toplanır ki, bu hakimiyyəti seçki ilə dəyişmək mümkün
deyil, hakimiyyətlə öz dili ilə danışmaq lazımdır. Neqativ enerji
cəmiyyətin içərisində toparlanır. Bu, çox təhlükəlidir. Yanukoviçin
avtoritar, inhisarçı hakimiyyətinə, oliqarxlara qarşı da eynilə bu cür
enerji toparlanırdı. Azərbaycan cəmiyyətinin içərisində də oliqarxlara,
korrupsioner, cinayətkar rejimə qarşı neqativ enerji toplanıb və bunun
partlama təhlükəsi var. Yəni ölkədə klassik inqilabın baş verməsi tam
realdır. Artıq Ukrayna bir model kimi özünü təsdiq etdi. Deməli, Ukrayna
modelindən, klassik inqilab modelindən, meydan hərəkatından MDB
məkanında istifadə olunacaq.
postsovet məkanına yönəlik konsepsiyasında dəyişiklik edib. Əvvəl
Rusiyadakı demokratikləşmə təbii axarlına buraxılmışdı. Rusiyadan sonra
isə bu demokratikləşmə tədricən postsovet məkanına yayılmalı idi. Ancaq
bu konsepsiya özünü doğrultmadı. Ukrayna hadisələri də göstərdi ki, Qərb
yeni modelin tətbiqinə başlayıb. Çünki indiyə qədər Qərb məxməri
inqilablara üstünlük verirdi. İndi artıq Qərbin də mövqeyi dəyişib. Daha
Rusiyanın nazı ilə oynamaq, onun mövqeyini mütləq şəkildə nəzərə almaq
konsepsiyası kənara qoyulub. Heç təsadüfi deyil ki, Obama Rusiyanın
dünya gücü deyil, zəif regional güc olduğu haqda mesaj verdi. Artıq
avtoritar və demokratik rejimlər arasında münasibət Ukrayna
hadisələrində özünün pik nöqtəsinə çatıb. İndi artıq postsovet məkanında
ya hakimiyyətlər özləri ölkə daxilində milli birliyə, sosial həmrəyliyə
nail olmalı, siyasi-iqtisadi islahatlar aparmalıdır, ya da Ukraynada
olduğu kimi klassik islahatlar nəticəsində dəyişəcəklər.
Short URL: http://www.cumhuriyyet.net/?p=16306