"Guardian" Əliyevləri ifşa etdi

10.06.2014 - 22:46
“Azərbaycanda
bu vaxta qədər azad və ədalətli seçkilər keçirilməyib”

 
Böyük Britaniyanın “Guardian” qəzetində Azərbaycanla bağlı məlumat
xarakterli material dərc olunub. Materialın dərcində məqsəd oxuculara
Azərbaycanı yaxından tanıtmaqdır. Obyektiv gerçəkliyi əks etdirən
materialda Azərbaycanla bağlı bəzi çox xoşagəlməz faktlar yer alıb.

“Azərbaycanda
bu vaxta qədər azad və ədalətli seçkilər keçirilməyib. Böyük neft və
qaz ehtiyatları olan bu ölkə dünyada ən çox korrupsiyaya qurşanmış ölkə
kimi tanınır. 1993-cü ildə əvvəllər Azərbaycan Kommunist Partiyasına
rəhbərlik etmiş Heydər Əliyev hakimiyyətə gəldi və dərhal avtoritar
rejim formalaşdırmağa başladı. Siyasi rəqibləri ilə amansızcasına
davranaraq sərt avtoritar rejim qurdu. 2003-cü ildə oğlu İlham Əliyevi
baş nazir təyin etdi və beləliklə, ölkədə sülalə hakimiyyəti bərqərar
oldu.
2012-ci ildə Azərbaycanda “Eurovison” tədbiri keçirildi və bu
tədbirə böyük diqqət göstərənlər eyni zamanda Azərbaycanda Əliyevin əsas
insan hüquq və azadlıqlarına qarşı güclü repressiyalarının şahidi
oldular”, – deyə məqalədə bildirilir.

“Guardian” keçmiş sovetlər respublikaları, o cümlədən Azərbaycanla
bağlı maraqlı viktorina da dərc edib. Azərbaycanla bağlı sualda 2013-cü
ildə prezident seçkisinin hansı hadisə ilə yadda qaldığı soruşulur və 4
cavab variantı verilir:

1. Seçkinin gedişində seçki məntəqələrində seçki bülletenləri qurtarıb.
2. Hökumət seçkinin nəticələrini seçkiyə bir gün qalmış elan edib.
3. Ağac parçaları ilə silahlanmış gənclər Bakıda seçkini pozublar.
4. Müxalifətdən olan namizəd Cəmil Həsənli son anda namizədliyini geri götürməyə məcbur olub.
Xatırladaq
ki, 2013-cü il seçkisilə bağlı beynəlxalq səviyyədə səs salmış hadisə
MSK-nın mobil telefonlar üçün hazırlatdırdığı məlumat sisteminə
nəticələrin bir gün qabaq ötürülməsi oldu.

azadliq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=16324

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930