"Azərbaycan haqqında nəyi bilməlisiz?"

12.06.2014 - 03:01

“Heydər Əliyev avtoritar rejim qurdu; İlham Əliyevlə ölkədə sülalə hakimiyyəti bərqərar oldu”

 

 

“Heydər Əliyev avtoritar rejim qurdu; İlham Əliyevlə ölkədə sülalə hakimiyyəti bərqərar oldu”

 

 

 

Böyük
Britaniyanın dünyaca məşhur “The Guardian” qəzetində Azərbaycandakı
vəziyyətdən bəhs edən material dərc olunub. Materialın dərc olunmasında
məqsəd oxuculara Azərbaycanı yaxından tanıtmaqdır. “Azərbaycan haqqında
nəyi bilməlisiniz?” başlıqlı məqalədə Azərbaycanda insan hüquqlarının
acınacaqlı vəziyyətindən, ölkədə avtoritar hakimiyyətin hökm sürməsindən
bəhs olunur.

Müəllif bu vəziyyəti konkret faktlarla “The Guardian”ın yüzminlərlə oxucusunun diqqətinə çatdırır.

“Azərbaycanda
bu vaxta qədər azad və ədalətli seçkilər keçirilməyib. Böyük neft və
qaz ehtiyatları olan bu ölkə dünyada ən çox korrupsiyaya qurşanmış
ölkələrdən biri kimi tanınır. Vaxtilə Kommunist Partiyasının rəhbər
şəxslərindən olmuş Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldi və
dərhal ölkədə avtoritar rejim formalaşdırmağa başladı. Siyasi
rəqiblərilə amansızcasına davranaraq, sərt avtoritar rejim qurdu.
2003-cü ildə oğlu Ilham Əliyevi baş nazir təyin etdi. Bir neçə ay sonra
Ilham Əliyev prezident oldu və beləliklə, ölkədə sülalə hakimiyyəti
bərqərar oldu.

2012-ci
ildə Azərbaycanda “Eurovision” musiqi yarışması keçirildi. Bu
müsabiqəyə böyük diqqət göstərənlər eyni zamanda, Azərbaycanda Əliyevin
insan hüquq və azadlıqlarına qarşı güclü repressiyalarının şahidi
oldular”, – deyə məqalədə bildirilir.

“The
Guardian” keçmiş sovet respublikaları, o cümlədən Azərbaycanla bağlı
maraqlı viktorina da dərc edib. Azərbaycanla bağlı sualda 2013-cü ildə
prezident seçkisinin hansı hadisə ilə yadda qaldığı soruşulur və 4 cavab
variantı verilir:

1. Seçkinin gedişində seçki məntəqələrində seçki bülletenləri qurtarıb;
2. Hökumət seçkinin nəticələrini seçkiyə bir gün qalmış elan edib;
3. Ağac parçaları ilə silahlanmış gənclər Bakıda seçkini pozublar;
4. Müxalifətdən olan namizəd Cəmil Həsənli son anda namizədliyini geri götürməyə məcbur olub.

Xatırladaq
ki, Azərbaycanda 2013-cü il prezident seçkisilə bağlı beynəlxalq
səviyyədə səs-küy yaradan hadisə MSK-nın mobil telefonlar üçün
hazırlatdırdığı məlumat sisteminə nəticələrin bir gün qabaq ötürülməsi
olmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=16334

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31