Ramiz Yunus: "Siyasi "siçan-pişik" oyununun sonu"
“Azərbaycana Rusiya da, İran da daxil ola bilər”
Dünən ABŞ-da Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələrdə ABŞ-da yaşayan politoloq Ramiz Yunus da çıxış edib. R. Yunus çıxışının mətnini “Azadlıq”a təqdim edib və onu dərc edirik. Mən istərdim, bu günkü dinləmələrin iştirakçıları, eləcə də Konqressdən olan rəsmi şəxslər və ABŞ administrasiyasından olanlar bilsinlər ki, Azərbaycanda Əliyev rejimi tamamilə Rusiyameyllidir. Bir zamanlar Azərbaycanın eks prezidenti Heydər Əliyev hakimiyyəti oğlu İlham Əliyevə ötürəndə ona məhz, KGB polkovniki prezident Putin dəstək vermişdi. Xatırladıram ki, 2003-cü ildə prezident seçkilərində parlamentin sabiq sədri və Müsavat partiyasının rəhbəri İsa Qəmbər qalib gəldi, amma hakimiyyət seçkiləri saxtalaşdırdı, nəticədə Bakıda müxalifət və hakimiyyət arasında kütləvi toqquşmalar baş verdi, ölənlər oldu və çoxlu sayda insanlar həbs edildi. Azərbaycan prezidenti İlham Əliyevi şəxsən tanıyan, onun həyata baxışlarını, mentalitetini bilən birisi kimi qətiyyətlə elan edirəm ki, prezidentin özü və onun yaxın ətrafı tamamilə və bütünlüklə əski KGB məmurlarından və Sovet partnomenklaturasından ibarətdir və onlar xarici siyasət sahəsində öz saatlarını Rusiya vaxtı ilə qururlar. Amma ABŞ-dan və Avropadan olan siyasətçilərlə görüşlərində onlar Qərbliləri inandırmağa çalışırlar ki, Avropaya inteqrasiyada maraqlıdırlar.Ukraynanın ən yaxın tarixindən bizə bəllidir ki, prezident Yanukoviç də məhz bu cür siyasət yürüdürdü. Onun Qərblə “siçan-pişik” oyununun necə qurtardığını hamımız müşahidə edirik. Pərdə açıldı və hamı gördü ki, Yanukoviç və onun komandası nə qədər Ruspərəst imişlər. Amma cəmi 3,5 il hakimiyyətdə olan Yanukoviçdən fərqli olaraq Əliyev rejimi 20 ildir ki, hakimiyyəti əlində saxlayır və bütün bu illər ərzində Azərbaycanda Rusiyanın mövqeləri bütün sahələr üzrə, siyasi, iqtisadi, ictimai həyatda möhkəmləndi və ictimai rəydə də ruspərəst tendensiyaların yüksəlməsinə səbəb oldu. Rus telekanallarının Azərbaycanda tam tutumlu fəaliyyətini də nəzərər alsaq, Rusiya təbliğatının təsirinin dərinləşməsinə təəccüb etməyə dəyməz. Bakıda etnik baxımdan azərbaycanlılarla eyni olan Krım tatarlarının vətəni olan Krımın Rusiya tərəfindən ilhaq edilməsinə qarşı etiraz aksiyaları da olmadı.Əlbəttə, bütün bu illər ərzində Azərbaycanda avrointeqrasiya tərəfdarı olan siyasi qüvvələr olub və vardırlar, onlar demokratik dəyərlərin carçılarıdır, amma onlar həmişə indiki rejimin davamlı repressiyaları altındadırlar, bu siyasi qüvvələrin əhali ilə kontaktına imkan verilmir, kütləvi aksiya keçirmələrinə imkan verilmir. mitinqlər, piketlər keçirə bilmirlər. İnsanlar hətta qapalı yerlərdə belə öz iclaslarını keçirmək imkanlarından məhrum ediliblər. Ukraynada baş verənlərin də fonunda siyasi müxalifətin rolunu minimuma endirdiini düşünən hakimiyyət Azərbaycanda ictimai sektora qarşı önləyici zərbələr vurmağa başlayıb, ilk növədə isə demokratiya, insan haqları, seçkilərin monitorinqi məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarına qarşı repressiyalara start verib. Buna görədir ki, ABŞ və Avropa ilə işləyən, ölkədə Qərb dəyərlərini müdafiə edən və Azərbaycanın gələcəyi naminə avrointeqrasiyanı təbliğ edən QHT nümayəndələrinə qarşı repressiyaların yeni dalğası başlayıb. İttihamlar isə hamıya qarşı, demək olar ki, eynidir. Vətənə xəyanət, İranın və ya Ermənistanın xeyrinə casusluq, yaxud da sədəcə olaraq onların cibinə narkotika atıb tutmaq. Amnesty İnternationalın hesabatına görə bu gün azərbaycanda 130 nəfərə qədər siyasi məhbus vardır. Son zamanlar Anar Məmmədlinin, Rauf Mirqədirovun həbs edilməsi, mənim ailə üzvlərimin- tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru, Fəxri Legion Ordeninin kavaleri Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun, eləcə də bir çox başqalarının təqib edilməsi rəsmi Bakıdan Ukrayna ssenarisi risqini minimuma endirməyi tələb edən Rusiyanın sifarişləridir. Son aylar ərzində Rusiya hökuməti məmurlarının Bakıya davamlı səfərləri, Rusiya-Azərbaycan alyansının fəal şəkildə nümayiş etdirilmsi prosesi gedir. Azərbaycanın yüksək rütbəli məmurlarının ABŞ səfiri Riçard Morninqstarın əleyhinə son aqressiv bəyanatlarını isə, məncə, şərh etməyə ehtiyac yoxdur. Azərbaycan parlamentində Rusiya hərbi bazalarının geri qaytarılması barədə hakimiyyətyönlü deputatların çağırışlarını da buraya əlavə etmək olar. Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun iyun ayının 5-də Moskvada səsləndirdiyi bəyanat da çox düşündürücüdür. O bilidirb: “Biz Ukraynanın şərqində baş verənləri izləyir, Rusiyanın həyəcanlarını başa düşürük, biz bunların hamısını görürük. Mn hesab edirəm ki, strateji partnyorlar olaraq, ATƏT Parlament Assambleyasında eyni platformadan çıxış edəcəyik”.Əliyev ailəsinin maraqlarını da xüsusi olaraq qeyd etmək vacibdir. Onun hər iki qızı Putinlə şox yaxın münasibətlərdə olan oliqarxların oğlanları ilə ailə qurublar. Onların Rusiyada çox milyardlıq biznesləri var və onlar bunu həm iqtisadi, həm də siyasi baxımdan qoruyacaqlar. Əliyev rejiminin Qərblə əməkdaşlıq və partnyorluq barədə səsləndirdiyi söhbətlər isə sadəcə olaraq, örtükdür və bu örtükdən istifadə edərək Əliyev rejimi on illər ərzində Azərbaycanda polis rejimini möhkəmləndirməklə məşğuldur. Bir zamanlar Vladimir Putin də Medvedevi irəliçəkməklə Qərbin başını bu cür oyunlarla qatdı. Bütün bu oyunlar Qərbin demokratiya və insan haqları ilə bağlı təzyiqlərini yüngülləşdirmək və həm Rusiyada, həm də azərbaycanda avtoritar rejimi möphkəmləndirmək üçün vaxt qazanmağa hesablanıb. Nəticə etibarı ilə, indi Azərbaycanda ictimai rəy 90 faiz Rusiyanın lehinədir. ABŞ və onun müttəfiqlərinin Azərbaycanda maraqları neft-qazla məhdudlaşıb. Bütün yerdə qalanlar, o cümlədən, bir çox ideoloji məsələlər hakimiyyətdəki lobbistləri və KİV vasitəsilə ekspansiya ilə məşğul olan Rusiyanın işğalına verilib. Əliyev rejiminə sifarişlərinin yerinə yetirilməsinə rəvac vermək, ölkəni tamamilə itirməklə nəticlənə bilər, oraya Rusiya da, İranda rahatca daxil ola bilər və hətta 1979-cu ildə İranda Pəhləvi rejiminin devrilməsi və mollakratiyanın hakimiyyətə gəlməsi ilə bağlı baş verənlər baş verənlər Azərbaycanda təkrarlana bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=16338