"Hakimiyyət dindarlardan qorxur"
Şərqi bürüyən vəhhabi
təhlükəsi Azərbaycan hakimiyyətini də təşvişə salıb. Son yayılan xəbərlərə görə,
Azərbaycan hakimiyyəti radikalizmin qabağını almaqdan ötrü qətiyyətli addımlar
atmaq qərarına gəlib.
Belə ki, bu gün Azərbaycanın bəzi KİV-ə Daxili İşlər
Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Bakının Səbail
rayonu Badamdar qəsəbəsində və İçəri şəhərdə yerləşən “Ləzgi” məscidində vəhhabilərə qarşı əməliyyat keçirdikləri
barəsində xəbərlər yayılıb. Qeyd olunur ki, Badamdarda keçirilən əməliyyatda
20-ə yaxın radikal həbs olunub.
üçün DİN mətbuat şöbəsinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq. Ehsan
Zahidov etatist.com-un əməkdaşlarına açıqlamasında mövzü ilə bağlı məlumatı olmadığını
bildirdi: “Məndə sizin kimi mətbuatdan
izləyirəm, yayılan xəbərlərlə bağlı məlumatım yoxdur”
Məlumatların
rəsmi təsdiqini almasaqda ortaya çıxan suallara cavab üçün politoqlara müraciət
etdik. Hakimiyyətin atdığı addım vəziyyəti daha da radikallaşdıra bilərmi sualına cavab verən
politoloq Zərdüşt Əlizadə hakimiyyətin hər şeydən qorxduğunu bildirdi:
“Sözün düzü mən onların öz əqidələrinə görə həbs olunmağına tam qarşıyam.
Bizim konstitusiya insanları əqidə azadlığı ilə təmin edir. Əgər onlar başqa
insanlara, ətrafa təhlükə törətməyiblərsə onların həbsini mən qəti olaraq pisləyirəm.
Amma əgər onlar həqiqətəndə başqalarına, insanlara təhlükəlidirlərsə, kimisə
döyüb, söyüb , azadlıqlarına qarışıblarsa burda heçnə demək olmaz. Məhkəmə ədalətli
şəkildə aparılsa, onlara təzyiq olmadan faktlar gətirilsə o zaman artıq haqq
vermək olar. Mən ümumiyyətlə Azərbaycanda din azadlığı ilə bağlı məsələdə vəziyyətin
pis olduğunu bilirəm. Hakimiyyət hər şeydən qorxur. Dindaqrlardan da qorxur və
buna görə də onlara qarşı mütamadi təzyiqlər göstərir. Fərqi yoxdur istər
sünnilər olsun, istər şiələr olsun istərsə də vəhhabilər olsun. Mən indi bilmirəm
məscidə daxil olarkən ayaqqabılarını çıxararaqmı daxil olublar yoxsa yox. Yəni
məscid camaatına hörmət göstəriblərmi. Ümümiyyətlə hakimiyyətin dövləti idarə
etməklə bağlı çox yanlış bir təsəvvürü var. Mənim vəhhabilər məsələsi ilə bağlı
tam məlumatım yoxdur. Amma o aparılan istintaqlarda, məhkəmələrdə o qədər
saxtakarlıqlar olub ki, artıq bir inamım qalmayıb.”
çətin sualdır. Mən orda nə baş verdiyini dəqiq bilmirəm. Silah tapılıbsa bu
artıq başqa məsələdir. Mübarizə gedir. Onlar bizi öldürürlər biz də onları.
Əfsuslar olsun ki, bu bir müharibədir.”
Short URL: http://www.cumhuriyyet.net/?p=16358