"Human Rights Watch"dən Əliyevə "siyasi narkotika" ittihamı
“İlham Əliyevdən soruşmaq lazımdır ki, niyə Facebook fəalları narkotik ittihamı ilə tutulur?”
Avropa Şurası liderləri və Parlament Assambleyasının üzvləri
prezident İlham Əliyevi Azərbaycanda hökumət tənqidçilərinin və müstəqil
qrupların təqib olunmasına son qoymağa çağırmalıdır. Bunu Human Rights
Watch insan haqları təşkilatı iyunun 23-də bildirib.
Təşkilat qeyd edir ki, Azərbaycanda hökumət tənqidçilərinin təqib olunması artır.
Azərbaycanın AŞPA Nazirlər Komitəsinə 6 aylıq sədrliyi və bununla
bağlı Azərbaycan prezidentinin AŞPA-dakı iyunun 24-ə nəzərdə tutulan
çıxışı ilə bağlı Human Rights Watchun Avropa və Orta Asiya üzrə
direktoru Hugh Williamson deyir: “İroniya ondadır ki. Azərbaycan
standartlarını belə kobudcasına pozduğu quruma sədrlik edir.
Avropa Şurası rəhbərliyi imkandan istifadə edib, İlham Əliyevi
tutulan insanları buraxdırmağa çağırmalıdır. O adamlar fikirləşdiklərini
deməkdən başqa bir şeyə görə həbs olunmayıblar. Və Azərbaycanda
müstəqil qruplara fəaliyyət göstərməyə imkan verilməlidir.”
siyasi fəala, jurnalistə, bloqqerə qarşı əsassız cinayət işləri açıb və
bir çoxları artıq həbsdədir.
2013-cü ilin sentybarında Human Rights Watchun yaydığı hesabatda
hökumətin öz tənqidçilərini susdurması üçün müxtəlif cinayət
ittihamlarından, o cümlədən narkotik və silah gəzdirmə, zorakılığa
çağırma, xuliqanlıq, vergidən yayınma, satqınlıq kimi ittihamlardan
istifadə etdiyi bildirilir.
Azərbaycan prezidenti İlham Əliyev və onun hökuməti Azərbaycanda
siyasi motivli təqiblərin olmasını rədd edir. Ancaq cinayət işləri və bu
zaman qanunların pozulması bu cinayət işlərinin hökumət tənqidçilərini
cəzalandırmaq məqsədi daşıdığına şübhə qoymur.
Avropa Şurasının bir neçə qurumu Azərbaycanda siyasi motovli təqiblər haqda narahatlığını bildirib.
İyunun 20-də AŞPA-nın insan haqları müdafiəçiləri üzrə hesabatçısı
Mailis Reps Azərbaycanda insan haqları fəallarına, jurnalistlərə,
bloqqerlərə qarşı müxtəlif gözqorxutma tədbirlərindən narahatlığını
bildirib. O, həmin tədbirlər sırasında özbaşına həbslər, ədalətsiz
məhkəmələr, qurama ittihamlar və hətta həbsxanada işgəncələrin adını
çəkir.
May ayında Avropa İnsan haqları məhkəməsi qərar verdi ki, müxalifət
fəalı İlqar Məmmədovu hökuməti tənqid etdiyinə görə susdurmaq, ya da
cəzalandırmaq məqsədi ilə həbs ediblər.
2014-cü ilin aprelində Avropa Şurasının İnsan Haqları Komissarı Nils
Muiznieks bildirdi ki, “Azərbaycanda ədalətsiz və ayrıseçkiliklə
təqiblər davam edir. Bu, qəbul edilməzdiur. Öz baxışlarına görə
tutulanlar azad olunmalıdır”.
Williamson deyir: “İlham Əliyev Strasbuqrda yəqin ki, iddia edəcək
ki, Azərbaycanda siyasi motivli ittihamla tutulan yoxdur.” “Ancaq ondan
soruşulmalıdır ki, onda niyə ölkənin bir sıra aparıcı siyasi fəalları
həbsxanadadır?. Niyə polis Facebook fəallarını narkotik ittihamı ilə
tutur? “
Human Rights Watch hesab edir ki, hökumət bəzi insan haqları
təşkilıatlarını qeydiyata almaqdan imtina etməklə onları qanun
pozuntusuna sövq edir, çünki onlar öz fəaliyyətlərini maliyyələşdirə
bilmirlər.
Mayın 26-da Bakı məhkəməsi Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri
Anar Məmmədlini qanunsuz sahibkarlıq fəaliyyəti və digər ittihamlarla
5,5 il azadlıqdan məhrum etdi.
Williamson deyir: “Azərbaycanın 13 il əvvəl Avropa Şurasına qoşulanda
götürdüyü öhdəliklərə əməl etməsinin vaxtıdır”. “Bu iş İlqar Məmmədov
və Anar Məmmədlinin və eləcə də onlarla belə fəalın azad olunmasından
başlana bilər”.
Azərbayan rəsmiləri bir qayda olaraq ölkədə insan haqları
pozuntularına görə beynəlxalq təşkilatların tənqidlərini ölkəyə qərəzli
münasibətin nəticəsi adlandırırlar. (azadliq.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=16375